
Sentyabrın 17-də saat 19:30 radələrində Bakı şəhərinin Səbail rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Səbail rayon Polis İdarəsindən Publika.Az-a verilən məlumata görə, Neftçilər prospektində, “Park İNN” otelinin qarşısında 1991-ci il təvəllüdlü Həsənov Orxan Mirfazil oğlunun idarə etdiyi “Honda” markalı motosikl idarəetmədən çıxıb. Nəqliyyat vasitəsi yüksək sürətlə Bakı Bulvarının ərazisinə daxil olub və burada ağaca çırpılıb. Nəticədə 21 yaşlı sürücü hadisə yerində keçinib.
Qeyd edək ki, ölən gənc paytaxtın Nəsimi rayonu sakinidir. Fakt üzrə araşdırmalar aparılır.
Nizam RZA