ANA SƏHİFƏ 
18+

XƏBƏR LENTİ
20.06.2013
13:14 Dolce Gabbana həbs edildi
13:07 Seyrə balonlarla çıxanlar səmada nahar edəcəklər
13:02 “Space”də kütləvi istefalar başladı - YENİLƏNDİ
13:00 Bu meyvə dərini çox cavanlaşdırır 
12:56 Politoloq: MTN ermənilərin ən gizli işlərindən birinin üstünü açıb
12:53 Sevdiyi qadına görə 3-cü mərtəbdən tullandı - VİDEO
12:48 Obama “Nüvə başlıqları azaldaq” dedi, Putin isə...- CƏDVƏL
12:43 Təmsilçilərimiz Avropa kubokunun liderlər qrupundadırlar
12:37 Bakıda mərkəzi yollardan biri açılacaq
12:36 Ancelina Colinin döyməsinin sirri bəli oldu 
12:35 Bakıda yaşayış binasında lift qırılıb, ölən və xəsarət alan var
12:34 Uşaqları zorlayanlar niyə cəzasız qalır?- FOTOLAR
12:22 Alla Puqaçova Samir Bağırovu həbsə atdırdı – VİDEO
12:14 Şəhriyar Məmmədyarov sülh bağladı
12:13 "Məhəbbət qarşısında müdrik insan..." 
12:11 Azərbaycan insan alverinə qarşı mübarizədə tərəqqiyə nail olub - HESABAT
12:07 Rəsm və gerçəklik bir arada - FOTOLAR
12:01 2.7 milyon "Cip" geri çağırıldı, Azərbaycanda isə..
11:54 Pele: “Braziliyanı favorit hesab etmirəm”
11:46 Bəy gəlini maşından düşürüb qaçdı
11:44 AŞPA-da Azərbaycan və Ermənistan nümayəndə heyətinin görüşü planlaşdırılır
11:40 Baş Prokurorluq 224 min manatlıq korrupsiya faktının üstünü açıb
11:39 Suriya müxalifətı kustar silah istehsalını artırır- FOTO
11:37 “Yığmamızı 15 ədəd topla təmin etmişik”
11:30 Tünzalə Ağayeva və Sabina Babayeva konsert verəcəklər
11:25  FAO-nun baş direktoru Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı Romaya dəvət edib
11:22 “Məgər insana nə qədər torpaq lazımdır?”
11:15 Bazar günü kosmik hadisə baş verəcək - Ay Yerə ən yaxın məsafəyə çatacaq
11:09 Ramiz Tağıyev azadlığa buraxılıb
11:02 Azərbaycanın tanınmış iş adamı: “O, ən parlaq ulduzlardandır”
11:00 Bakıda üç məktəb direktoru işdən çıxarılıb
10:55 Əsgər elektrik cərəyanı vurması nəticəsində ölüb
10:50 Açıq ədəbiyyat çap olundu
10:44 Maradona 490 min dollar tələb etdi
10:37 “Bazar sakinləri” - ŞEİR
10:36 BMT xaricdə personalın təhlükəsizliyini gücləndirməyi tələb edib
10:33 Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi tıxacla bağlı sürücülərə müraciət edib
10:30 Hərbi texnika Azadlıq meydanına gətirilib
10:23 Qeyri-adi bacarıqları olan özəl insanlar
10:16 İran-Ermənistan əlaqələrinin genişlənməsinə etiraz edən azərbaycanlı fəalların məhkəmə prosesi başlayıb
10:12 İsa Sadıqov hakimiyyətdən sui-istifadə etməkdə təqsirləndirilir
10:08 Kamal Abdullanın əsəri Rusiyada nəşr olundu
10:03 Bakının mərkəzində  böyük tıxac yaranıb
09:59 “Neftçi” Avstriyaya yola düşdü
09:54 İyunun 23-ü kosmik hadisə baş verəcək
09:46 İlk "Duran Adam" Cüneyt Arkın olub - VİDEO
09:42 Mövqelərimiz atəşə tutulub
09:34 ŞOK: 36 yaşlı qadın 11 yaşlı uşaqdan hamilə qaldı
09:27 Ötən gecə yeddi rayonda yanğın hadisəsi qeydə alınıb. 
09:16 İbrahim Tatlısəs yeni "Hürrəm"i bəyənmədi
09:09 Peşəkar milli teatrın 140 illik yubileyi qeyd olunacaq
08:59 Amerikalı müğənnidən aksiyaçılara türkcə dəstək - VİDEO
08:53 Çilidə 5,7 bal gücündə zəlzələ
08:46 "Mühafizəçi hər yerimi oxşayaraq əllədi" - FOTOLAR
08:32 Ancelina Colinin sirri məlum oldu - FOTO
07:48 Günün hava proqnozu
07:26 “Univision” tələbələrin I Beynəlxalq mahnı müsabiqəsi keçiriləcək
06:34 Neymar yenə ən yaxşı oyunçu seçildi 
05:39 Mile Krusun maraqla gözlənilən yeni klipi - VİDEO
04:22 Aktrisa çimərlik paltarında - FOTOLAR
03:54 Homoseksual müğənni Bakıya gəlməyəcək - AÇIQLAMA
03:21 Rəqsanə “Hürrəm Sultan imici”ndə - FOTOLAR
02:28 Cırtdanlar ölkəsi - FOTOLAR
02:13 FİBA Avropa prezidenti dünyasını dəyişib
01:39 Nəhəng kərtənkələ qorxutdu - FOTOLAR
01:20 Dolçe və Qabbana həbs edildi
00:59 Sərbəst güləş yığmamız Avropa çempionu oldu! 
00:48 Yay gözəli Cessika - FOTOLAR
00:31 Tweet rəsmiləşdi
00:28 BMT binasına silahlı hücum, 12 ölü
Digər xəbərlər

“Bütün ermənilər tamaşama durmuşdu” - Erməni qəzetindən reportaj - FOTOLAR


Yarım əsr Türkiyəni baxışlarının əsiri edən qadın: “Onunla eşq yaşadıq” – FOTOLAR - VİDEO


"Bu yaşdan sonra eşq acısı çəkmək istəmirəm" - FOTOLAR - VİDEO


Sevgilisi Hürrəm Sultandan danışdı: “O, artıq əvvəlki Məryəm deyil” 


Hakimiyyətin dahiləri, möhtəşəm sarışın... oxuyun - FOTOLAR


“Nurgun Motors”un xarab maşınları və cibəgirməkliyi - ARAŞDIRMA


“Vittel” - öldürər səni, amandı içmə - İNANILMAZ FAKTLAR

"Uşaqlarınızı cizgi filmlərindən uzaq tutun!" - Xəbərdarlıq
Mədəniyyət / Tarix 15 / 03 / 2012 Saat 14:25

18px16px14px12px

Yəqin oxucularımız da təsdiqləyərlər ki, övladları müasir multfilmləri çox sevirlər. Lakin müşahidələr göstərir ki, bu sevginin onların fiziki və psixoloji sağlamlığı üçün real təhlükə törətdiyini əksər valideynlər dərk edə bilmir. Mütəxəssislər isə müasir cizgi filmlərinin böyük hissəsinin balacaların psixologiyasında dərin və zərərli izlər buraxdığını söyləyirlər.

"Nu, poqodi!"nin son seriyaları niyə uğursuz oldu?

Heç kim üçün sirr deyil, 30 yaşdan yuxarı insanlar sülhü, sakitliyi, təbiəti, heyvanları sevməyi, sevinc və kədərlərini paylaşmağı daha yaxşı bacarırlar və ətraflarına da bunu aşılayırlar. Bunda qeyd etdiyimiz ideyaları təbliğ edən Sovet multfilmlərinin böyük təsirinin olduğunu da etiraf etmək lazımdır.

Uşaqdan böyüyə hamının bəyəndiyi dünyaca məşhur 2 cizgi filmi var - "Nu, poqodi!", "Tom və Cerri". Əminəm ki, yalnız adları gələndə belə çoxunuzun üzündə təbəssüm yaranır. 20 seriyadan ibarət olan "Nu, poqodi!" Anatoli Papanovun rəhbərlik etdiyi kollektivin Sovet uşaqlarına etdiyi ən böyük hədiyyə idi.

İlk seriyası 1969-cu ildə çəkilən cizgi filmi 1993-cü ildə rejissorun ölümü ilə bağlı yarımçıq dayandı. Papanov 18 hissə çəkmişdi, ondan xeyli sonra-2005-ci ildə 19-cu, 2006-cı ildə isə 20-ci seriya çəkildi. Amma İqor Xristenkonun çəkdiyi son 2 hissə o qədər də uğurlu olmadı.

"Metro Qolden Mayer" kimə xidmət edir?

Olduqca maraqlı və zərərsiz bir cizgi filmi də var-"Tom və Cerri". Pişik və siçanın əbədi münaqişəsi o qədər şirin bir formada təqdim edilir ki, uşaqlar bu münaqişənin bir zarafat olduğunu anlayırlar. Onsuz da yaş artdıqca uşaqlar hər şeyi daha yaxşı dərk edirlər, körpəlikdən onları dava-dalaşa, zorakılığa öyrətməyin nə mənası? Düzdür, bu filmdə də aqressiv epizodlar var, amma digər amerikan istehsallarına nisbətən xeyli azdır.

Bəs hansı daha yaxşıdır- "Nu, poqodi!", yoxsa "Tom və Cerri"? Sosial şəbəkələrin birində keçirdiyimiz kiçik sorğuda iştirak edənlərin 80 faizindən çoxu "Nu, poqodi!"ni seçdi.

Çox maraqlıdır ki, uzun müddətdir xarici mediada "Metro Qolden Mayer"in masonlara aid olması və sırf uşaq psixologiyasını məqsədli şəkildə formalaşdırmaq üçün fəaliyyət göstərməsi ilə bağlı fikrilər və araşdırmalar yayımlanır.
Bu şirkətin istehsalı olan filmlərin biri bir personajın dişləri ilə digərinin başını qoparması ilə başlayırdı...

Amerikan multfimlərinin ifşa olunmuş dəhşətli videofaktları

Youtube.com-da amerikan istehsalı olan multfilmlərin təbliğ etdiyi ideyalar, həmçinin "25-ci kadr" məsələsi videosujetlə analiz edilir və gizli psixoloji təcavüz elementləri aşkar olunur. Bununla bağlı son vaxtlar Rusiya telekanallarında araşdırma verilişlər təşkil edilir, valideynlərə uşaqlarına müasir Qərb, xüsusilə də amerikan multiklərini izlətməmələri tövsiyə olunur.

Məsələn, dünyanın ən böyük internet televiziyası sayılan youtube.com-dakı videoların birində kadrlar xeyli yavaşıdılaraq analiz edilərkən "25-ci kadr" vasitəsilə bizim görmədən, xəbərimiz olmadan altşüurumuza yazılan bir sıra informasiyalar fakt olaraq ortaya çıxarılır.
Məlum olduğu kimi, normal videokadrda 1 saniyədə 24 kadr dəyişir, buraya 25-ci kadr yerləşdiriləndə, biz görməsək də beynimiz onu qəbul edib altyaddaşa yazır. Bu kadr bizə iradəmizdən kənar hisslər təlqin edir.

Məsələn, aşkar olunmuş kadrlarin birində belə yazılmışdı-"Coca-cola iç!". Daha dəhşətli müraciət və əmrlərin yerləşdirildiyi faktlar da var, heç kim qarantiya verə bilməız ki, belə multiklərin içinə 25-ci kadrda nə vaxtsa məsələn, "Dur, bacını öldür!" yazılmayacaq!...

Cizgi filmləri uşaqlara 4 formada mənfi təsir edə bilər

1. Zorakılığa yönləndirmə: araşdırmalar göstərir ki, şiddət, qorxu məzmunlu cizgi filmi izləyən uşaqlar digər yaşıdları ilə müqayisədə daha dalaşqan və üsyankar olurlar. Daim ətraflarına zərər vermək barədə düşünür, hədsiz aqressivlikləri ilə seçilirlər.
2. Diqqətsizlik: mütəxəssislərin fikrincə, gündə orta hesabla 4-5 saat cizgi filminə baxan uşaqlarda diqqət əksikliyi olur. Onlarda aktivlik, yaşıdlarına nisbətən 30-40% az olur.
3. Həqiqətdən uzaqlaşma: uşaq özünü o personajlardan biri hesab etməyə başlayır. Belə uşaqlar həmişə gerçək olmayan dünyada yaşayır, reallığa adaptasiya oluna bilmirlər.
4. Ehtiyatlı davranışın azalması və risk artımı: xüsusilə, 10-12 yaş aralığında olan və mühakimə bacarığı hələ inkişaf etməmiş uşaqlar gerçəklə xəyal arasındakı fərqi təyin etməkdə çətinlik çəkirlər. Cizgi filmində gördükləri hərəkətləri gerçəklikdə də sınaqdan keçirmək istəyirlər.

"Gələcək zorakılıq tətbiq edən insanlarla zəngin olacaq"

Psixoloq Xatirə Səfərova deyir ki, uşaqlar körpəlikdə izlədikləri cizgi filminin daha çox rəngli kadrlarına və maraqlı səs effektlərinə diqqət edirlər: "İnsan və heyvan fiqurları da bu yaşda uşaqların marağını daha çox çəkir. Məktəb yaşlı oğlanlar daha çox zorakılıq və qorxu aşılayan filmlərə maraq göstərirlər.
Uşaqlar özlərini zorakı məzmunlu multfilmlərdəki qəhrəmanlarla eyniləşdirməyə meyl edirlər. Xüsusilə, film qəhrəmanlarının uğurlarını görüb bundan təsirlənir və onlar kimi olmaq arzusuna düşürlər. Tərs kimi həm bizim, həm də xarici telekanallar nədənsə məhz bu cür cizgi filmlərini verirlər".

Psixoloq qeyd edir ki, uşaqların altşüurlarına zərərli informasiyalar yerləşir və bunun fəsadları ağır olur. Bu cür filmləri elə bəsit təqdim edirlər ki, elə bil bu, normal bir haldır. Valideynlər diqqətli olsunlar, şiddət və qorxu məzmunlu filmlər izləyən uşaqlar gələcəyin potensial şiddət və zorakılıq tətbiq edənləri ola bilərlər".

"Sovet cizgi filmləri humanizm yaradırdı"

Sosioloq Cəmil Oruclu vurğulayır ki, Sovet vaxtı çəkilən filmlər çox müsbət enerjili, sülhsevər, düşündürücü və tərbiyəvi süjet xəttinə malikdir: "Belə multfimləri izləyən uşaqlarda insanlara, heyvanlara, təbiətə qarşı humanist münasibət yaranır. Onlar bu cizgilərdə canavarı belə çox sevirlər. Çünki Sovet dönəmində çəkilən multfilmlərdə canavar da, dovşan da, ayı da insana dost kimi təqdim edilirdi. Götürək elə "Nu, poqodi!" filmini, canavar uzun mübarizə

Müasir cizgi filmləri barədə də danışan həmsöhbətimiz bildirir ki, valideynlər "uşaq nə istəyir elə də ona baxmalıdır" fikrindən uzaq olmalıdılar. Multfilimlər xüsusi diqqətlə seçilməlidir. Yaxşı olar ki, bu zaman psixoloq və sosioloqların köməyindən də istifadə edilsin. Çünki valideynin görə bilmədiyi incəliklər də var".

"Müasir cizgi filmlərini izləyən uşaq üçqat aqressiv olur"

Amerikanın "Seattle" Uşaq Xəstəxanası Araşdırma İnstitutunun 330 uşaq üzərində reallaşdırdığı araşdırmanın nəticələrinə görə, məktəböncəsi dövrdə şiddət mövzulu cizgi filmləri izləyən uşaqlar digər yaşıdlarına nisbətən üçqat aqressiv olurlar.
Psixoloqlar bildirirlər ki, uşaqların gördükləri və eşitdikləri hər şey onların altşüuruna həkk olunur və psixologiyaları bunların əsasında müəyyənləşir. Ona görə də uşaqlara daha çox, seçərək aldığımız cizgi filmlərini izlətməliyik.

Mümkün olduğu qədər onlarla birlikdə biz də filmi izləməli və doğru anlamaları üçün şərh etməliyik. Heç bir halda uşağımıza zorakılıq, qorxu, amansızlıq aşılayan cizgi filmi izlətməməliyik. Yoxsa, bir gün bunun acısını çəkməli olacağıq.

"Gündəlik Teleqraf" qəzeti

Lalə Mehralı

Xəbər 3647 dəfə oxunub

Səhvlər barədə məlumat vermək

[ X ]


Atəşkəs bölgəsindən FOTOREPORTAJ

Bu gün ən çox oxunanlar
1 2798
ŞOK: 36 yaşlı qadın 11 yaşlı uşaqdan hamilə qaldı
2 1652
Alla Puqaçova Samir Bağırovu həbsə atdırdı – VİDEO
3 1642
"Mühafizəçi hər yerimi oxşayaraq əllədi" - FOTOLAR
4 1353
Səbuhi Rəhimlidən 20 iyunun astroloji proqnozu
5 1311
Rəqsanə “Hürrəm Sultan imici”ndə - FOTOLAR
6 928
Məşhur reper ABŞ bayrağını tapdaladı - VİDEO, FOTO
7 831
Qeyri-adi bacarıqları olan özəl insanlar
8 712
Bəy gəlini maşından düşürüb qaçdı
9 644
İlk "Duran Adam" Cüneyt Arkın olub - VİDEO
10 570
Azərbaycanın tanınmış iş adamı: “O, ən parlaq ulduzlardandır”

Günün Fotosu

© 2012.PUBLIKA.AZ Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Reklam üçün müraciət [email protected]

??????.??????? Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Şıxəliyev 20, m 10.
Tel: (+99412) 437 71 65, 437 71 68, 437 71 69
Fax: (+99412) 437 71 69
E-mail: [email protected]