Qırmızı.az
Ödəniş terminallarında saxta əskinaslar var - Cinayət
"Komtec" şirkəti MilliÖN ödəniş terminallarının saxta
əsginazlardan müdafiəsini gücləndirir. Bunu Trend-ə şirkətdən
deyiblər.Şirkətdən bildiriblər ki, söhbət əsginaz qəbulunun proqram
təminatının yenilənməsindən və ödəniş terminalları şəbəkəsinin
fırıldaqçılıqdan müdafiəsinin gücləndirilməsindən gedir: "Şirkət
ödəniş terminallarında saxta əsginazlardan istifadənin qarşısını
almaq üzrə işləri mütəmadi əsasda aparır. Tətbiq edilən yeni
müdafiə funksiyaları saxta əsginazları böyük dəqiqliklə aşkar
etməyə və onların MilliÖN terminallarında istifadəsinin qarşısını
almağa imkan verir".
Hazırda respublika üzrə MilliÖN ödəniş terminallarının ümumi
sayı 3 min ədəddir.Terminalların saxta əsginazlardan müdafiəsi
məsələsinə "Modenis" MMC-dən də münasibət bildiriblər. Şirkətdən
deyiblər ki, eManat ödəniş terminallarında hazırda tətbiq edilən
həllər onları saxta əsginazların hazırda məlum olan bütün
növlərindən müdafiə etməyə imkan verir: "Sistem mütəmadi olaraq
yenilənir və saxta əsginazların aşkarlanmasının aktual alqoritmləri
ilə təmin edilir".
Hazırda respublikada 1070 ədəd eManat terminalı var.
Qeyd edək ki, bu ilin mart ayında Daxili İşlər Nazirliyinin Baş
Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının
həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi
rayonunda "Paypoint" terminalları vasitəsilə dövriyyəyə saxta
əskinaslar buraxan 6 nəfərdən ibarət qrupun üzvləri
yaxalanıb.
Araşdırmalarla müəyyən olunub ki, qrup üzvləri saxta manatları Kənan İbrahimova məxsus xüsusi kompüter avadanlıqları vasitəsilə hazırlayıblar. Saxta manatlar hazırlandıqdan sonra dəfələrlə MilliÖN ödəniş sisteminin Binəqədi rayonu ərazisində yerləşən "Paypoint" terminallarında ayrı-ayrı vaxtlarda dövriyyəyə buraxılıb. Saxlanılan şəxslər daha sonra bildiriblər ki, onlar saxta pulları dövriyyəyə daxil etmək məqsədilə "Dəmirbank"da bank hesabı da açdırıblar. Saxta pulların bir hissəsi "Paypoint" vasitəsilə bank hesabına köçürülüb. Daha sonra isə hesabdan həqiqi əsginazlar çıxarılaraq mənimsənilib.
-
Magazin214:10"Kızılcık şerbeti"nin aktyoru: "Bəzən insanlar məni azərbaycanlı hesab edirlər"
-
Hadisə13:35Nazir müavini Keşlədə subasma olan yerə gəldi - Video
-
Magazin212:4061 yaşlı Monika Belluççi yeni ecazkar görkəmi ilə diqqət çəkdi - Foto
-
Hadisə12:05Əfqan Sadıqov Azərbaycana deportasiya edildi
-
Nida Xəbər 10:48İrandan Azərbaycana 3 297 nəfər təxliyə olunub
-
Magazin209:43Hollivud ulduzunun qızı klipə çəkildi - Video
-
Magazin108:36Azərbaycanlı bu məşhurlar bir-biriləri ilə qohum imiş... - Foto
-
Ekologiya07:17İntensiv yağışlar yağacaq
































