Qırmızı.az
Bu gün Ümumdünya Turizm Günüdür
27 sentyabr Ümumdünya Turizm Günü kimi qeyd olunur. 1925-ci ildən Cenevrədə müxtəlif adlar altında fəaliyyət göstərən turizm təşkilatı 1970-ci il 27 sentyabr tarixində Ümumdünya Turizm Təşkilatı kimi formalaşıb.
Publika.az xəbər verir ki, 1979-cu ildə Baş Qərargahı Madrid şəhərinə köçən təşkilat 27 sentyabr – Ümumdünya Turizm Gününü təsis edib. Bu gün Azərbaycan da daxil olmaqla dünyanın 150-dən çox ölkəsində turizm təmsilçilərinin bayramı kimi qeyd edilir.
Azərbaycanda Ümumdünya Turizm Günü 2001-ci ildən, Azərbaycanın
Beynəlxalq Turizm Təşkilatına üzv olan vaxtdan qeyd olunur.
Azərbaycanda turizmin inkişafı üçün Prezident İlham Əliyevin təsdiq
etdiyi “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin
inkişafına dair Dövlət Proqramı” və bu proqrama uyğun olaraq
çoxsaylı layihələr həyata keçirilir.
Proqramın başlıca məqsədi ölkədə yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılmasıdır.
Azərbaycanda fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəssisələr, müasir hotellərin sayı da getdikcə artır. Hazırda ölkəmizdə 530 hotel fəaliyyət göstərir. Ötən 7 ildə hotellərin sayı 2 dəfə artıb.
Turizm sahəsində çalışanların peşə hazırlığının artırılması məqsədilə 2006-cı ildə ölkədə Turizm İnstitutu yaradılıb, onun nəzdində müxtəlif peşələr üzrə daimi fəaliyyət göstərən kurslar açılıb. 2002-ci ildən başlayaraq Bakıda hər il Beynəlxalq Turizm və “Ümumrespublika Daxili Turizm Sərgiləri” keçirilir.
Gülnar
-
İdman01:41Astroloqdan Kamila Valiyevaya XƏBƏRDARLIQ - 2026-cı ildə...
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş sürpriz yaşana bilər
-
Kriminal25 Dekabr 23:36Ev sahibini basdırıb üstündə it damı tikdi - Xaçmazda dəhşətli qətl
-
Sosial25 Dekabr 22:48Adı ölənlərin siyahısında çıxdı, 35 dəqiqə ürəyi dayandı, 1 ay komada qaldı - VİDEO
-
Magazin125 Dekabr 21:36"Oğlum da atasını görmədən dünyaya gəlib"
-
İdman25 Dekabr 20:48“Qızıl Top”a namizədlər açıqlandı - Messi neçəncidir?
-
MDB25 Dekabr 20:12Xanımı Çilidə uşaq dünyaya gətirən deputat vəzifədən AZAD EDİLDİ
-
Magazin125 Dekabr 19:36Zümrüdün qızı ilə görüşü təsirləndirdi - VİDEO


















.jpg)







