Nida.az
Müxalifətdə mitinq hazırlığı gedir: Müsavat Milli Şuradan geri qalmaq istəmir
Azərbaycanda müxalifət növbəti mitinqə hazırlaşır.
Publika.az xəbər verir ki, Milli Şuranın 12
oktyabr mitinqindən sonra qurumun daxilində növbəti aksiya ilə
bağlı təkliflər səsləndirilir.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da “facebook” səhifəsində
iddia edib ki, 12 oktyabr mitinqi insanları ruhlandırıb.
“O halda nədən növbəti aksiyaya hazırlaşmamalıyıq? Gəlin vaxt
itirməyək və daha kütləvi bir mitinq üçün indidən hazırlıq işlərinə
başlayaq”, – deyə o bildirib.
Qeyd edək ki, Milli Şura ilə paralel şəkildə Müsavat da mitinqə
hazırlaşır.
Müsavat funksioneri Tural Abbaslı Publika.az-a açıqlamasında deyib
ki, mitinq fikri Müsavatda əvvəldən var imiş.
“Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət də hazırlanmışdı.
Amma həmin vaxt digər partiyalar da mitinqin təşkilatçılığında
iştirak etmək niyyətlərini açıqladı və məsləhətləşmələr qərarına
gəldik. Məsləhətləşmələr uzun sürdüyü üçün mitinq təxirə salındı.
Hazırda bu məsələ müzakirə edilməsə də, mitinqin keçirilməsi
gündəmdədir. Partiya daxili strukturlaşma bitəndən sonra bu
məsələdə qərar veriləcək”, - deyə o bildirib.
Gülağa Aslanlı isə qeyd edib ki, Müsavat mitinqi noyabr ayının
sonunadək keçirə bilər.
Qeyd edək ki, Müsavat Milli Şuranın 12 oktyabr mitinqinə birgə
qoşulmaq istəyirdi. Lakin qarşı tərəf buna müsbət cavab vermədi.
Mitinq keçirildiyi gün isə Müsavat rəhbərliyinə soyuq münasibət
növbəti mitinqlərdə tərəflərin birgə iştirakını çətinləşdirir.
Asif
-
Magazin214:10"Kızılcık şerbeti"nin aktyoru: "Bəzən insanlar məni azərbaycanlı hesab edirlər"
-
Hadisə13:35Nazir müavini Keşlədə subasma olan yerə gəldi - Video
-
Magazin212:4061 yaşlı Monika Belluççi yeni ecazkar görkəmi ilə diqqət çəkdi - Foto
-
Hadisə12:05Əfqan Sadıqov Azərbaycana deportasiya edildi
-
Nida Xəbər 10:48İrandan Azərbaycana 3 297 nəfər təxliyə olunub
-
Magazin209:43Hollivud ulduzunun qızı klipə çəkildi - Video
-
Magazin108:36Azərbaycanlı bu məşhurlar bir-biriləri ilə qohum imiş... - Foto
-
Ekologiya07:17İntensiv yağışlar yağacaq




































