Paşinyan Putinlə sərhədi müzakirə etdi - Publika.az
Bizi izləyin

Dünya

Paşinyan Putinlə sərhədi müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub, Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşməsi müzakirə edilib.

Publika.az Report-a istinadla xəbər verir ki, məlumatı Kremlin mətbuat xidməti yayıb.

Söhbət Nikol Paşinyanın təşəbbüsü ilə baş tutub.

Bildirilib ki, Vladimir Putinlə Nikol Paşinyan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da qəbul etdikləri birgə bəyanatın, 2021-ci yanvarın 11-i və noyabrın 26-da əldə etdikləri üçtərəfli razılaşmanın reallaşmasının praktik aspektlərinə, eləcə də Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiya və demarkasiyasına dair məsələləri nəzərdən keçiriblər.

Rəylər
Oxumağa davam et
Reklam

Dünya

Bu xəstəliyin yayılmasının qarşısını almaq mümkündür - ÜST

Dünyanın 16 ölkəsində qeydə alınan meymunçiçəyi xəstəliyinin yayılmasının qarşısını almaq mümkündür.

Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

ÜST-nin çiçək xəstəliyi üzrə işçi qrupunun rəhbəri Rozamund Luisin sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının və üzv dövlətlərin məqsədi bu xəstəliyin yayılmasının qarşısını almaqdır.

Qeyd edək ki, meymunçiçəyi xəstəliyinin simptomları çiçək xəstəliyinin simptomlarına çox oxşayır. 

Oxumağa davam et

Dünya

Əfqanıstanda silsilə partlayışlar: 14 nəfər öldü, çox sayda yaralı var

Əfqanıstanda çərşənbə günü törədilən dörd partlayış nəticəsində azı 14 nəfər ölüb, onlarla insan yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə "ABC News" telekanalının  məlumatında deyilir.

"Çərşənbə günü Əfqanıstanda silsilə partlayışlar baş verib. Kabildə məsciddə baş verən partlayış zamanı azı 9 ibadətçi ölüb. Şimalda da 5 nəfərin ölümü ilə nəticələnən 3 mina partlayışı baş verib", - məlumatda deyilir.

Hadisələr həmçinin çoxsaylı mülki şəxslərin xəsarət almasına səbəb olub. Xüsusilə, Kabildəki xəstəxanalardan birinə axşam namazının qılındığı məsciddə baş verən partlayış nəticəsində yaralanan 22 nəfərin yerləşdirildiyini bildirib. Ölən 9 nəfərdən əlavə, daha 15 nəfər yaralanıb.

"İslam Dövləti" şimaldakı hücumlara görə məsuliyyəti üzərinə götürüb.

İŞİD qruplaşmasının Əfqanıstandakı qanadı 2014-cü ildən fəaliyyət göstərir və Əfqanıstanda yeni "Taliban" hökuməti üçün ən böyük təhlükəsizlik problemi hesab olunur. Keçən avqustda Kabildə və ölkənin digər bölgələrində hakimiyyəti ələ keçirdikdən sonra "Taliban" Əfqanıstanın şərqində İŞİD liderlərinə qarşı əməliyyatlara başlayıb.
Oxumağa davam et

Dünya

BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya görə TƏCİLİ TOPLANIR

BMT Təhlükəsizlik Şurası Şimali Koreya ilə bağlı iclas keçirəcək. 

Publika.az "Reuters"ə istinadla xəbər verir ki, bu barədə dünya təşkilatının çərşənbə günü yayılan proqramında deyilir.

Agentliyin ABŞ administrasiyasının rəsmisinə istinadla verdiyi məlumata görə, ABŞ-ın Pxenyana qarşı daha sərt sanksiyaları nəzərdə tutan qətnamə layihəsinə səsvermənin keçirilməsi gözlənilir.

"Seulun" məlumatına görə, Şimali Koreya çərşənbə günü üç ballistik raket atıb.

Cənubi Koreya ordusu bəyan edib ki, onlardan biri qitələrarası, digər ikisi isə qısa mənzilli ballistik raketlər olub. 

Ehtimal edilir ki, aha bir qısa mənzilli raketin buraxılması, uğursuzluqla başa çatıb. 

Pxenyanın sınaqlarına cavab olaraq Yaponiya dənizinə doğru iki raket buraxılıb - bir Cənubi Koreya və bir Amerika tərəfindən.

Oxumağa davam et
Reklam

Gündəm