Dünya
Ərdoğanın Səudiyyə səfəri: Embarqo ləğv edilir

Səudiyyə Ərəbistanı Türkiyə məhsullarına qoyduğu embarqonu ləğv etmək qərarına gəlib.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə “Türkiyə qəzeti” məlumat yayıb.
“Türkiyənin ən mühüm ticarət tərəfdaşlarından biri olan Səudiyyə Ərəbistanına edilən ixracat embarqo səbəbindən 2,7 milyard dollardan 189 milyon dollara düşmüşdü. Səudiyyə Ərəbistanı embarqonu ləğv etməklə Türkiyə ilə həm diplomatik, həm də iqtisadi sahədə yeni səhifə açmağı planlaşdırır.
Qərar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fevral ayında bu ölkəyə səfəri çərçivəsində açıqlanacaq. Bu qərarla iki ölkə arasında ticarət dövriyyəsinin 3 milyard dollara çatacağı gözlənilir”, - nəşr yazır.
Dünya
Bu xəstəliyin yayılmasının qarşısını almaq mümkündür - ÜST

Dünyanın 16 ölkəsində qeydə alınan meymunçiçəyi xəstəliyinin yayılmasının qarşısını almaq mümkündür.
Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
ÜST-nin çiçək xəstəliyi üzrə işçi qrupunun rəhbəri Rozamund Luisin sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının və üzv dövlətlərin məqsədi bu xəstəliyin yayılmasının qarşısını almaqdır.
Qeyd edək ki, meymunçiçəyi xəstəliyinin simptomları çiçək xəstəliyinin simptomlarına çox oxşayır.
Dünya
Əfqanıstanda silsilə partlayışlar: 14 nəfər öldü, çox sayda yaralı var

Əfqanıstanda çərşənbə günü törədilən dörd partlayış nəticəsində azı 14 nəfər ölüb, onlarla insan yaralanıb.
Publika.az xəbər verir ki, bu barədə "ABC News" telekanalının məlumatında deyilir.
"Çərşənbə günü Əfqanıstanda silsilə partlayışlar baş verib. Kabildə məsciddə baş verən partlayış zamanı azı 9 ibadətçi ölüb. Şimalda da 5 nəfərin ölümü ilə nəticələnən 3 mina partlayışı baş verib", - məlumatda deyilir.
"İslam Dövləti" şimaldakı hücumlara görə məsuliyyəti üzərinə götürüb.
Dünya
BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya görə TƏCİLİ TOPLANIR

BMT Təhlükəsizlik Şurası Şimali Koreya ilə bağlı iclas keçirəcək.
Publika.az "Reuters"ə istinadla xəbər verir ki, bu barədə dünya təşkilatının çərşənbə günü yayılan proqramında deyilir.
Agentliyin ABŞ administrasiyasının rəsmisinə istinadla verdiyi məlumata görə, ABŞ-ın Pxenyana qarşı daha sərt sanksiyaları nəzərdə tutan qətnamə layihəsinə səsvermənin keçirilməsi gözlənilir.
"Seulun" məlumatına görə, Şimali Koreya çərşənbə günü üç ballistik raket atıb.
Cənubi Koreya ordusu bəyan edib ki, onlardan biri qitələrarası, digər ikisi isə qısa mənzilli ballistik raketlər olub.
Ehtimal edilir ki, aha bir qısa mənzilli raketin buraxılması, uğursuzluqla başa çatıb.
Pxenyanın sınaqlarına cavab olaraq Yaponiya dənizinə doğru iki raket buraxılıb - bir Cənubi Koreya və bir Amerika tərəfindən.
- Sosial26 May 2022 10:54
Həcc, yoxsa qazi ziyarəti? - Tanınmışlar nə düşünür
- Sosial26 May 2022 09:58
Azərbaycanda evlərin qiyməti kəskin qalxacaq?
- Xüsusi26 May 2022 09:55
Səlim Müslümov həbsxanada insult keçirib? - AÇIQLAMA
- Sosial26 May 2022 08:56
ŞAD XƏBƏR: Bu şəxslər Qarabağda işlə təmin oluna bilər - VİDEO
- Maqazin26 May 2022 08:11
Lətafətdən Cavanşir Məmmədova: Sübut edərəm ki... - VİDEO
- Köşə26 May 2022 07:30
Ərin ayağını yumalımı, yumamalımı?
- Dünya26 May 2022 00:45
Bayden Azərbaycana yeni səfirin namizədliyini irəli sürdü - FOTO
- Maqazin26 May 2022 00:15
Məşhur müğənnidən İLGİNC AÇIQLAMA: "10 ildir manyak kimi işləyirəm, bir evim belə yoxdur"