Azərbaycanda keçmiş dəmiryolçu özünü güllələyərək intihar etdi - Publika.az
Bizi izləyin

Hadisə

Azərbaycanda keçmiş dəmiryolçu özünü güllələyərək intihar etdi

Salyanda intihar hadisəsi baş verib.

Publika.az xəbər verir ki, Salyan şəhər 20 Yanvar küçəsində yaşayan 88 yaşlı Əliyev Ramiz Əkbər oğlu özünə ov tüfəngi ilə atəş açaraq intihar edib.

Bildirilir ki, uzun illər dəmiryolçu kimi çalışmış və maşinist vəzifəsində işləmiş Ramiz Əliyev xeyli vaxt imiş ki, tək yaşayırmış.

Faktla bağlı Salyan rayon Prokurorluğunda araşdırma aparılır.

Rəylər
Oxumağa davam et
Reklam

Hadisə

Qəzaya düşən polislərin adları məlum oldu

Bakıda polis əməkdaşlarının yol qəzasına düşməsi nəticəsində xəsarət alanların adları məlum olub.

Publika.az Trend-ə istinadla xəbər verir ki, hadisə nəticəsində 2-si polis əməkdaşı olmaqla xəsarət alan 4 nəfər xəstəxanaya yerləşdirilib.

Hadisə nəticəsində Nəsimi rayon Polis İdarəsinin post-patrul xidmətinin əməkdaşları, polis serjantı, 1994-cü il təvəllüdlü Kamran İsmayılov döş qəfəsinin küt travması, polis serjantı, 1996-cı il təvəllüdlü Novruz Novruzov isə baş nayihəsinin sıyrılmış yarası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə gətirilib.

N. Novruzovun xəsarətləri yüngül olduğundan o ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb, K. İsmayılov isə cərrahiyyə şöbəsinə yerləşdirilib.

Hadisə nəticəsində "Mercedes"markalı avtomobildə olan sürücü, 1996-cı il təvəllüdlü Məhəmməd Babazadə, döş qəfəsinin küt travması, sərnişin, 2003-cü il təvəllüdlü İlahə Ambasova isə qarının küt travması və bədənin ümumi əzilməsi diaqnozu ilə mərkəzin cərrahiyyə şöbəsinə yerləşdirilib.

Oxumağa davam et

Hadisə

Avtomobil piyadanı vuraraq öldürdü

Kürdəmirdə müəyyən edilməmiş avtomobil piyadanı vuraraq öldürüb.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə mayın 26-da saat 1 radələrində rayonun Sığırlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, Sabirabad rayon sakini Güləhməd Həsənov yolu keçərkən müəyyən edilməmiş avtomobillə vurulub və nəticədə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Oxumağa davam et

Hadisə

Ər arvadını güllələyərək öldürdü

Bərdədə kişi arvadını güllələyərək öldürüb.

Bərdə Rayon Prokurorluğundan Publika.az-a verilən məlumata görə, mayın 25-də saat 09 radələrində Bərdə rayonu, Hacallı kənd sakini 1995-ci il təvəllüdlü Xasa Orucovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri, 1996-cı il təvəllüdlü Təbriz Orucovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Xasa Orucovaya ov tüfəngindən atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Təbriz Orucov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam

Gündəm