Hadisə
Bakıda dəhşətli hadisə - Üstünə benzin töküb özünü yandırdı - VİDEO

Video əlavə olunub.
xxx
Bakıda intihar hadisəsi baş verib.
Publika.az xəbər verir ki, dünən saat 20 radələrində Xətai rayonu Neapol küçəsində yerləşən binanın arxa hissəsində 1 kişi üstünə benzin töküb. O, daha sonra özünə od vurub. Həmin şəxs hadisə yerində yanaraq ölüb.
İntihar edən şəxs tamamilə yandığından onun kimliyini müəyyənləşdirmək mümkün olmayıb.
Faktla bağlı Xətai rayon Prokurorluğunda araşdırma aparılır.
Hadisə
Avtomobil piyadanı vuraraq öldürdü

Kürdəmirdə müəyyən edilməmiş avtomobil piyadanı vuraraq öldürüb.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə mayın 26-da saat 1 radələrində rayonun Sığırlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, Sabirabad rayon sakini Güləhməd Həsənov yolu keçərkən müəyyən edilməmiş avtomobillə vurulub və nəticədə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Hadisə
Ər arvadını güllələyərək öldürdü

Bərdədə kişi arvadını güllələyərək öldürüb.
Bərdə Rayon Prokurorluğundan Publika.az-a verilən məlumata görə, mayın 25-də saat 09 radələrində Bərdə rayonu, Hacallı kənd sakini 1995-ci il təvəllüdlü Xasa Orucovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri, 1996-cı il təvəllüdlü Təbriz Orucovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Xasa Orucovaya ov tüfəngindən atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Təbriz Orucov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Hadisə
FHN Gəncədəki partlayışla bağlı məlumat yaydı

Gəncə şəhərində beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzildə yanğınla nəticələnən partlayış hadisəsi baş verib. Nəticədə mənzilin 1 otağının və mətbəxinin yanar konstruksiyaları 32 m² sahədə və binanın çardağı 25 m² sahədə yanıb. Partlayışın zərbə dalğasının təsirindən mənzilin pəncərə çərçivəsi yerindən çıxıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Publika.az-a verilən məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1984-cü il təvəllüdlü Rəhimov Yaşar Ziyad oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
- Sosial26 May 2022 10:54
Həcc, yoxsa qazi ziyarəti? - Tanınmışlar nə düşünür
- Sosial26 May 2022 09:58
Azərbaycanda evlərin qiyməti kəskin qalxacaq?
- Xüsusi26 May 2022 09:55
Səlim Müslümov həbsxanada insult keçirib? - AÇIQLAMA
- Sosial26 May 2022 08:56
ŞAD XƏBƏR: Bu şəxslər Qarabağda işlə təmin oluna bilər - VİDEO
- Maqazin26 May 2022 08:11
Lətafətdən Cavanşir Məmmədova: Sübut edərəm ki... - VİDEO
- Köşə26 May 2022 07:30
Ərin ayağını yumalımı, yumamalımı?
- Dünya26 May 2022 00:45
Bayden Azərbaycana yeni səfirin namizədliyini irəli sürdü - FOTO
- Maqazin26 May 2022 00:15
Məşhur müğənnidən İLGİNC AÇIQLAMA: "10 ildir manyak kimi işləyirəm, bir evim belə yoxdur"