SON DƏQİQƏ: Hərbçimiz intihar etdi - Publika.az
Bizi izləyin

Hadisə

SON DƏQİQƏ: Hərbçimiz intihar etdi

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu intihar edib.

Bu barədə Publika.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, yanvarın 22-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin ötən ilin oktyabr ayında SHXÇX-nin Binəqədi rayon idarəsindən hərbi xidmətə çağırılmış müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu matros Rzaquliyev Ramil Xəqani oğlu psixoloji vəziyyətində mövcud olan problemlər ilə əlaqədar müayinədən keçmək üçün Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına gətirilib.

Saat 11:10 radələrində hərbi qulluqçu tibbi müayinələrdən yayınaraq Hərbi Hospitalda inşa edilməkdə olan binanın yuxarı mərtəbəsinə qalxıb və özünü yerə ataraq intihar edib.

Hadisə ilə əlaqədar prokurorluq orqanları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.

Rəylər
Oxumağa davam et
Reklam

Hadisə

Azərbaycanda polislər ağır qəzaya düşdü - ADLAR

Bakıda polis əməkdaşlarının yol qəzasına düşməsi nəticəsində xəsarət alanların adları məlum olub.

Publika.az Trend-ə istinadla xəbər verir ki, hadisə nəticəsində 2-si polis əməkdaşı olmaqla xəsarət alan 4 nəfər xəstəxanaya yerləşdirilib.

Hadisə nəticəsində Nəsimi rayon Polis İdarəsinin post-patrul xidmətinin əməkdaşları, polis serjantı, 1994-cü il təvəllüdlü Kamran İsmayılov döş qəfəsinin küt travması, polis serjantı, 1996-cı il təvəllüdlü Novruz Novruzov isə baş nayihəsinin sıyrılmış yarası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə gətirilib.

N. Novruzovun xəsarətləri yüngül olduğundan o ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb, K. İsmayılov isə cərrahiyyə şöbəsinə yerləşdirilib.

Hadisə nəticəsində "Mercedes"markalı avtomobildə olan sürücü, 1996-cı il təvəllüdlü Məhəmməd Babazadə, döş qəfəsinin küt travması, sərnişin, 2003-cü il təvəllüdlü İlahə Ambasova isə qarının küt travması və bədənin ümumi əzilməsi diaqnozu ilə mərkəzin cərrahiyyə şöbəsinə yerləşdirilib.

Oxumağa davam et

Hadisə

Avtomobil piyadanı vuraraq öldürdü

Kürdəmirdə müəyyən edilməmiş avtomobil piyadanı vuraraq öldürüb.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə mayın 26-da saat 1 radələrində rayonun Sığırlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, Sabirabad rayon sakini Güləhməd Həsənov yolu keçərkən müəyyən edilməmiş avtomobillə vurulub və nəticədə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Oxumağa davam et

Hadisə

Ər arvadını güllələyərək öldürdü

Bərdədə kişi arvadını güllələyərək öldürüb.

Bərdə Rayon Prokurorluğundan Publika.az-a verilən məlumata görə, mayın 25-də saat 09 radələrində Bərdə rayonu, Hacallı kənd sakini 1995-ci il təvəllüdlü Xasa Orucovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri, 1996-cı il təvəllüdlü Təbriz Orucovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Xasa Orucovaya ov tüfəngindən atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Təbriz Orucov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam

Gündəm