İdman
"Neftçi" yeni qapıçısını təqdim etdi

"Neftçi" klubu yeni transferi İvan Brkiçı təqdim edib.
Publika.az Report-a istinadla xəbər verir ki, 27 yaşlı qapıçının təqdimatı paytaxt təmsilçisinin rəsmi televiziyasında gerçəkləşib.
Xorvatiyalı qolkiperlə 1,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Neftçi" Brkiçə qədər Azər Salahlı, Eddi İsrafilov və Gilyerme Patonu heyətinə qatıb.
İdman
"Roma" klubu Konfrans Liqasının qalibi oldu

İtaliyanın "Roma" klubu UEFA Konfrans Liqasının 2021/2022-ci il mövsümünün qalibi olub.
Publika.az xəbər verir ki, ilk dəfə təşkil olunan turnirin final oyununda “Roma” klubu Niderlandın “Feyenoord” komandasına minimal hesabla qalib gəlib - 1:0.
Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada keçirilən oyunda yeganə qolun müəllifi Nikolo Zaniolo olub.
“Roma” 95 illik tarixində ikinci, komandanın baş məşqçisi Joze Mourinyo isə beşinci kubokunu qazanıb. "Roma" buna qədər avrokuboklarda yeganə uğuruna 1961-ci ildə imza atıb. Belə ki, klub Yarmarkalar Kubokuna (indiki Avropa Liqası) sahib çıxıb. Portuqaliyalı mütəxəssis isə hərəsində 2 dəfə olmaqla Çempionlar Liqası və Avropa Liqasında qələbə sevinci yaşayıb.
İdman
Kipr klubu "Qarabağ"ın legioneri ilə vidalaşdı

Kiprin AEK (Larnaka) komandası "Qarabağ"ın futbolçusu Qaspar Panadero ilə vidalaşıb.
Pulika.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Larnaka təmsilçisi bu ilin yanvarında icarəyə götürdüyü ispaniyalı yarımmüdafiəçi ilə əməkdaşlığa son qoyub.
25 yaşlı oyunçu müqavilə ilə məxsus olduğu Ağdam təmsilçisinə qayıdacaq.
Qeyd edək ki, "Qarabağ"a ötən yay transfer olunmuş 24 yaşlı yarımmüdafiəçi qış fasiləsinədək cəmi 4 oyunda "köhlən atlar"ın formasını geyinib. O, sonuncu dəfə 2021-ci il oktyabrın 3-də "Qəbələ"yə qarşı matçda meydana çıxıb.
İdman
Millimiz Latviyaya böyük hesabla qalib gəldi

Qəbələdə təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilk yoldaşlıq oyununu keçirib.
Publika.az xəbər verir ki, Latviyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığma 3:0 hesablı qələbə qazanıb.
Ümid Səlimovun dubl etdiyi görüşdə digər qolu Şahin İbrahimov vurub.
Bu komandalar arasında növbəti qarşılaşma mayın 27-də oynanılacaq.
- Sosial26 May 2022 10:54
Həcc, yoxsa qazi ziyarəti? - Tanınmışlar nə düşünür
- Sosial26 May 2022 09:58
Azərbaycanda evlərin qiyməti kəskin qalxacaq?
- Xüsusi26 May 2022 09:55
Səlim Müslümov həbsxanada insult keçirib? - AÇIQLAMA
- Sosial26 May 2022 08:56
ŞAD XƏBƏR: Bu şəxslər Qarabağda işlə təmin oluna bilər - VİDEO
- Maqazin26 May 2022 08:11
Lətafətdən Cavanşir Məmmədova: Sübut edərəm ki... - VİDEO
- Köşə26 May 2022 07:30
Ərin ayağını yumalımı, yumamalımı?
- Dünya26 May 2022 00:45
Bayden Azərbaycana yeni səfirin namizədliyini irəli sürdü - FOTO
- Maqazin26 May 2022 00:15
Məşhur müğənnidən İLGİNC AÇIQLAMA: "10 ildir manyak kimi işləyirəm, bir evim belə yoxdur"