Manat ucuzlaşacaq? - S&P proqnozunu BƏYAN ETDİ - Publika.az
Bizi izləyin

İqtisadiyyat

Manat ucuzlaşacaq? - S&P proqnozunu BƏYAN ETDİ

Azərbaycan Mərkəzi Bankının (AMB) mütəmadi müdaxilələri ilə ölkədə ABŞ dollarının məzənnəsi 1,7 manat səviyyəsində saxlanılacaq.

Publika.az Report-a istinadla xəbər verir ki, bunu "Standard & Poor's" (S&P) beynəlxalq reytinq agentliyi bəyan edib. 

"Buna baxmayaraq, fikrimizcə, karbohidrogen qiymətləri kəskin enərsə və uzun müddət aşağı səviyyədə qalarsa, rəsmi orqanlar məzənnəyə düzəliş edilməsi imkanını nəzərdən keçirə bilər. Bu, AMB-nin 2015-ci ildə məruz qaldığı xarici valyuta ehtiyatlarının əhəmiyyətli itkisinin qarşısını almağa kömək edə bilər", - məlumatda deyilir.

S&P 2026-cı ilə qədər Azərbaycan manatının Amerika valyutası qarşısında məzənnəsinin dəyişməyəcəyini proqnozlaşdırır. 

2021-ci ildə əmtəə birjalarında "Brent" markalı neftin bir barelinin orta qiyməti 2020-ci ildəki 43 ABŞ dollarına qarşı 71 ABŞ dolları təşkil etdiyi bəyan edən S&P 2022-ci ildə qiymətin orta hesabla 75 ABŞ dolları, 2023-cü ildə 65 ABŞ dolları, 2024-2025-ci illərdə isə 55 ABŞ dolları olacağını proqnozlaşdırır.  Azərbaycanın 2022-ci il üçün büdcəsində neftin orta qiyməti 1 barel üçün 50 ABŞ dolları səviyyəsində müəyyən edilib.

"S&P" həmçinin Azərbaycan və Türkiyənin mərkəzi bankları arasında qonşu ölkənin valyuta ehtiyatlarının artırılmasına kömək etmək üçün bağlanılacaq svop müqaviləsi üzrə danışıqları da şərh edib: "Danışıqlar prosesi barədə ətraflı məlumata malik olmasaq da, mümkün müqaviləni əsasən siyasi motivli hesab edirik və bununla da AMB-nin beynəlxalq ehtiyatlarının əhəmiyyətli dərəcədə azaldacağını gözləmirik”. 

Rəylər
Oxumağa davam et
Reklam

İqtisadiyyat

Səyahətini “Nar”ın “Rouminq 18” paketi ilə salamla!

Yaxınlarınızla daim ünsiyyətdə qalmaq, çevik mobil rabitə xidmətlərindən istifadə etmək üçün “Nar” müxtəlif və sərfəli rouminq paketləri təqdim edir.

Səyahət zamanı daha çox mobil internetə ehtiyacınız varsa, “Rouminq 18” paketini sifariş etməklə 1GB mobil internet, həmçinin, pulsuz “WhatsApp” yazışmalarından faydalana biləcəksiniz. “Rouminq 18” paketini “Nar+” tətbiqində müvafiq bölmədən və ya *777#718#YES kodunu yığmaqla aktivləşdirə bilərsiniz. 

Balansınızı hətta xaricdə olarkən də nəzarətdə saxlamaq, internet istifadəsini yoxlamaq, yeni paket sifariş etmək və digər nömrə əməliyyatları üçün “Nar+” tətbiqi səfərinizə rahatlıq qatacaq. 

Qeyd edək ki, paketlər həm səfərdən öncə, həm də səfər müddətində sifariş oluna bilər. Rouminq paketləri ilə bağlı daha ətraflı məlumatı nar.az/roaming-packages səhifəsindən əldə edə bilərsiniz.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.

Oxumağa davam et

İqtisadiyyat

Kapital Bank ev tikintisi üçün ipotekanı daha əlçatan etdi

Kapital Bank hər zaman ev sahibi olmaq arzusunda olanlar üçün sərfəli şərtlərlə müxtəlif ipoteka kreditləri təklif edir. Belə ki, öz torpaq sahələrində fərdi yaşayış evi tikmək istəyənlər artıq daha uyğun və yenilənən şərtlərlə bu kredit məhsulundan yararlana bilərlər.

Ölkə ərazisində yaşayış təyinatlı fərdi ev və ya bağ evi tikmək istəyənlər artıq 20 ilədək müddətə, 250 000 manatadək və illik faiz dərəcəsi  7%-dən başlayan şərtlərlə ipoteka krediti əldə edə bilərlər. 

Bu ipoteka kreditindən yararlanmaq üçün tikinti aparılacaq torpaq sahəsinin mülkiyyət hüququnu təsdiq edən sənədin, yəni çıxarışın olması və təminat olaraq istənilən şəxsə məxsus fərdi yaşayış sahəsinin, mənzilin, bağ evinin və ya qeyri-yaşayış sahəsinin təqdim edilməsi zəruridir.

Tikinti işləri həm fərdi olaraq, həm də Kapital Bank-la partnyor olan tikinti şirkətləri vasitəsilə də aparıla bilər. Müştərilər kredit üzrə müraciətlərini (+994 50) 999 81 96 WhatsApp nömrəsinə ünvanlaya bilərlər. Ətraflı məlumat üçün – https://kbl.az/etipt.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 104 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.

Oxumağa davam et

İqtisadiyyat

Dövlət zəmanəti ilə alınan borclarla bağlı QƏRAR

Azərbaycan Respublikası adından və ya dövlət zəmanəti ilə alınan borclar hesabına həyata keçirilən layihələrə dair dövri və yekun hesabat formaları təsdiq edilib.

Publika.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikasının adından və ya dövlət zəmanəti ilə alınan borc vəsaitlərindən istifadə edən şəxslər Azərbaycan Respublikasının adından və ya dövlət zəmanəti ilə alınan borclar hesabına həyata keçirilən layihələrə dair yarımillik və illik dövrlər üzrə dövri hesabatı kağız və elektron daşıyıcılarda müvafiq hesabat dövründən sonrakı bir ay müddətində, Azərbaycan Respublikasının adından və ya dövlət zəmanəti ilə alınan borclar hesabına həyata keçirilən layihələr üzrə kredit müqavilələri bir ildən az müddətə bağlanılarsa, layihələrə dair dövri hesabatı kağız və elektron daşıyıcılarda bu Qərarın 1 nömrəli əlavəsinə uyğun olaraq kredit müqaviləsinin əhatə etdiyi müddətin bitməsinə iki ay qalmış İqtisadiyyat Nazirliyinə təqdim etməlidirlər.

O cümlədən Azərbaycan Respublikasının adından və ya dövlət zəmanəti ilə alınan borclar hesabına həyata keçirilən layihələrə dair yekun hesabat kağız və elektron daşıyıcılarda layihə bitdikdən sonra bir ay müddətində İqtisadiyyat Nazirliyinə təqdim olunmalıdır.

İqtisadiyyat Nazirliyi isə Azərbaycan Respublikasının adından və ya dövlət zəmanəti ilə alınan borc vəsaitlərindən istifadə edən şəxslər tərəfindən təqdim edilmiş məlumatları ümumiləşdirib yarımillik və illik hesabat şəklində kağız və elektron daşıyıcılarda müvafiq hesabat dövründən sonra iki ay müddətində, Azərbaycan Respublikasının adından və ya dövlət zəmanəti ilə alınan borclar hesabına həyata keçirilən layihələr üzrə kredit müqavilələri bir ildən az müddətə bağlanılarsa, layihələrə dair dövri hesabatı kağız və elektron daşıyıcılarda kredit müqaviləsinin əhatə etdiyi müddətin bitməsinə 45 təqvim günü qalmış Nazirlər Kabinetinə təqdim etməlidir.

Oxumağa davam et
Reklam

Gündəm