Xalq artisti Nağılbaz haqqında sirri açdı - Publika.az
Bizi izləyin

Maqazin

Xalq artisti Nağılbaz haqqında sirri açdı

Bizim qismətimizə ən çətin vaxtlar düşdü. İndi klip çəkmək də asandır, bunun üçün bütün imkanlar mövcuddur. Anar Nağılbazın “Gecələr” mahnısını Kənan M.M təkbaşına çəkmişdi. Hətta Kənan kadrda özü mənimlə üz-üzə dayananda kamera arxasında mərhum Anar dayanırdı. 

Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə yazıb. 

Mərhum reperlə “Gecələr” klipinin necə yarandığını xatırlayan sənətçi sözlərinə belə davam edib:

“Onların demək olar ki, ilk addımları idi, mən də dəstək olmağa çalışırdım. Soyuq, qaranlıq, uçuq bir məkan. Yalnız həyat yoldaşım Ədalət bəy, Kənan, Anar və mən. Nə bir operator, nə kameraman, nə işıqçı, assistent, prodüser, səs operatoru, köməkçi - heç kim yox idi… Yalnız gözəl musiqi var idi…”

Rəylər
Oxumağa davam et
Reklam

Maqazin

Lalə Azərtaş onları TOPA TUTDU: Yediyi qaba tüpürənlər...

"Nənələrin sözünü Lalə Azərtaşın sözü kimi insanlara çatdıranların diqqətinə!!! Lazım olan adamlar bunu lazımsız yerə müzakirə etdi, anlayanlar isə müzakirələrə təbəssüm etdi! İndi vicdanınız varsa, bunu belə paylaşın… Və deyin… Lalə Azərtaş deyir ki, mənim qədər qadınları müdafiə edin, haqqını tapdanmağa qoymayın, hər gün neçə ananın göz yaşını silin, dağılmaqda olan ailələri xilas edin, insanlara əl uzadın, onların üzünü güldürün! Allah mənə vasitəçi kimi gözəl missiya verib! Nə vaxt nənələr yox, mən deyərəm onda yazarsınız!"

Publika.az xəbər verir ki, bu sözləri tanınmış aparıcı Lalə Azərtaş sosial media hesabında yazıb.

O, "yediyi qaba tüpürənləri də top atəşinə tutub": “Yeri gəlmişkən, nənələr də, babalar da, analar da, atalar da nə deyibsə, düz deyib! Xanımlara, analara atəşin salam olsun, əllərindən öpürəm! Bəzilərinə isə salamla yanaşı, bircə kəlmə demək istəyirəm, Allah günahlarınızı bağışlasın! Siz öz yolunuza davam, mən də öz yoluma! Hə varmı vicdan yazmağa, paylaşmağa?! Reytinq üçün dəyər çeynəyənlər, yemək yediyi qaba tüpürənlər, insan beynini zəhərləyənlər, bir də ən əsası, məni görəndə üzümə gülümsəyənlər yazın ki, bir ailə xilas olundu, dağılmadı və 2 uşaq atasız qalmadı…"

Qeyd edək ki, bir neçə gün əvvəl aparıcının qadın-kişi münasibəti haqqında dediyi sözlər səs-küyə səbəb olub.

Oxumağa davam et

Maqazin

Elvin əməliyyat üçün Türkiyəyə gedir

Qaraciyər sirrozundan əziyyət çəkən aktyor Elvin Ağayev əməliyyat üçün Türkiyəyə gedir.

Publika.az xəbər verir ki, bu barədə aktyor sosial şəbəkədə məlumat verib. 

Bu gün yola düşməyə hazırlaşan Elvin ona dəstək olan hər kəsə təşəkkürünü bildirib:

"Allah yolumuzu açıq etsin. Məni sağ-salamat görmək üçün dua və yardım edən hər kəslə görüşdürsün. Uzun müalicədən sonra Türkiyəyə yollanırıq. Bu günə qədər bizə dəstək olan hər kəsdən Allah razı olsun. Yenidən görüşmək ümidi ilə..."

Qeyd edək ki, bir müddət əvvəl "Səni axtarıram" verilişində Elvin Ağayevin əməliyyatı üçün 90 min manat yığılıb. Aktyora qaraciyər köçürüləcək.

Oxumağa davam et

Maqazin

Lətafətdən Cavanşir Məmmədova: Sübut edərəm ki... - VİDEO

Aparıcı Lətafət Ələkbərova Əməkdar artist Cavanşir Məmmədovla bağlı yeni iddia irəli sürüb.

Publika.az xəbər verir ki, o, "Üzümdə botoks yoxdur" söyləyən sənətçiyə əksini sübut etməyə hazır olduğunu bildirib. 

Bu barədə aparıcı "Magazin plus"a müsahibəsində danışıb: 

"Cavanşir müəllim bizim verilişimizdə qonaq olub. İşıqlar onun üzünə düşəndə aydın bilinirdi ki, botoksu var. Əlim üzümdə qaldı, niyə deyirsiniz yoxdur? Etmisinizsə, deyin, burada nə var ki? Niyə gizlədirsiniz? Kosmetoloquma aparacağam, sübut edəcək ki, üzündə botoks var. Hazıram, gəlsin. 2 min manatı da alacağam".

Qeyd edək ki, Cavanşir Məmmədov ötən həftə üzündə botoks olmadığını və əksini sübut edən şəxsə 2 min manat verəcəyini söyləmişdi.


Oxumağa davam et
Reklam

Gündəm