Qadınların xoşbəxt olmasına nə mane olur? - Colidən dahiyanə sitat - Publika.az
Bizi izləyin

Maraqlı

Qadınların xoşbəxt olmasına nə mane olur? - Colidən dahiyanə sitat

Ancelina Coli çoxlarının heyran olduğu gözəl aktrisa, eyni zamanda müdrik qadındır. Qadınların illərdir axtardıqları xoşbəxtliyin sirrini o, çoxdan çözüb. 

Publika.az oxucuları aktrisanın yaşamağa ilham verən fikirləri ilə tanış edir:

Əgər həqiqətən istəyirsənsə...

İnsanın nəyəsə ehtiyacı varsa, onu edəcək. Şəraitin ona mane olması və ya ayın yanlış istiqamətdə çıxması barədə fikirlərlə özünüzü yükləməyə ehtiyac yoxdur. İnanın, həqiqətən ehtiyacınız varsa, insan hər şeyə qadirdir. Çünki insan vəhşi istəklə idarə olunanda sərhəd tanımır. 

Həyat yoldaşı seçimi 

İki evliliyimin ikisi də 3 il çəkmədi. Həmişə əmin idim ki, yanımdakı insanı yaxşı tanıyıram, amma onları düzgün qiymətləndirməmişəm. Nəticədə gələcək övladlarımın atasını axtarmağa başladım və tapdım. 

Ananın övladı üçün edə biləcəyi tək şey ona yaxşı bir ata seçməkdir. Bu sözlər bizi düşünməyə məcbur edir. Kişilərin özümüzə münasibətini bağışlayırıq, amma uşaqlara pis münasibəti əsla! Pis vərdişlərə qurşananları, işləmək istəməyənləri və özünü dahi kimi təqdim edib qadınları tora salan kişiləri dərhal siyahıdan silirik. Bəli, kastinq sərtdir. Amma o, buna dəyər.

Tənqid haqqında

İnsanlar deyir ki, sən yanlış yoldasan. Buludlarda uçuramsa və ya uçuruma yuvarlanıramsa, bu sözlərin nə faydası var? Ümumiyyətlə, bu gün kim sözə və nəsihətə əhəmiyyət verir? Hər kəs təcrübə qazanmaq üçün öz qabını doldurmaq istəyir. Filosoflar hələ də həyatımızın nə olduğunu mübahisə edirlər – bərbəzəkli tale və ya verdiyimiz bütün qərarların cəmi.

İnsanlar arasındakı fərqlər haqqında

Fərqlər yaxşıdır. Biri sizə fərqli olduğunuzu söyləyəndə gülümsəyin, başınızı dik tutun və fəxr edin.

Qadın kimi axtarır?

Qadın nə qədər güclü olsa da, özündən güclü kişi gözləyir... Azadlığını məhdudlaşdırması üçün deyil, ona zəif olmaq haqqını verməsi üçün.

Özünüzə yazığınız gəlməsin

Heç vaxt peşman olmamışam. Mən təəssüflərin bəhrəsinə inanmıram. Peşman olmaq özündən utanmağa gətirib çıxarır. Nə qədər ki, utanırsan, qəfəsdəsən. İşlərin gedişatı barədə təsəvvürlərimiz bizə mövcud reallıqdan zövq almağa mane olur. 

Rəylər
Oxumağa davam et
Reklam

Maraqlı

Amerikalı tələbə günə DAMĞA VURDU: "Mən dağlıyam, xızılıyam..." - VİDEO

Xəbər verdiyimiz kimi ABŞ-da Azərbaycanın Müstəqillik Günü qeyd olunub.

Publika.az xəbər verir ki, tədbirdə 10 il azərbaycanda yaşamış amerikalı tələbə də iştirak edib.

Onun Azərbaycan xalqını doğma dildə təbrik etməsi günə damğa vurub.

"Mən dağlıyam, xızılıyam, azərbaycanlıyam. Müstəqilliyin mübarək, Azərbaycan!", - deyə o, bildirib.

Daha ətraflı İTV-nin süjetində:

Oxumağa davam et

Maraqlı

Əsgərlikdə ola-ola Bakıda avtoşluq edən şəxs kimin oğludur? - VİDEO

Ölkə yollarında təhlükəli avtomobil idarə edən, digər hərəkət iştirakçılarına təhlükə yaradan, avtoxuliqanlıq hərəkətlərinə yol verən və bütün bunları videoya çəkərək sosial şəbəkələrdə özünə məxsus hesablarda paylaşan sürücü barəsində müvafiq tədbir görülüb.

Publika.az Avtosfer.az-a istinadən xəbər verir ki, bu əməlləri törədənin Məlikov Əziz Soltanpaşa oğlu olduğu aşkara çıxıb. Maraqlıdır ki, hərbi xidmətdə ola-ola bu əməlləri törədən və video çəkərək social şəbəkələrdə paylaşan şəxs tanınmış iş adamaının oğludur.

Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, aprelin 26-ı gecə saat 01:32 radələrində Nəsimi rayonu Cavadxan küçəsi ərazisində 99 BC 181 dövlət nömrə nişanlı, "Chevrolet Cruze" markalı avtomobilin sürücüsü Məlikov Əziz Soltanpaşa oğlu əl əyləcindən istifadə edərək avtomobili bir neçə dəfə fırladıb. Sürücü asfalt örtüyü üzərində təkər izləri buraxaraq avtoxuliqanlıq edib və hadisə yerindən qaçıb. Həmin zaman sürücüyə saxla əmri verilsə də, avtomobili saxlamayıb, müxtəlif qaydaları pozmaqla hadisə yerindən yayınıb.

Sürücü bir neçə gün axtarıldıqdan sonra yeri müəyyən olub və məlum olub ki, Əziz Məlikov hazırda hərbi hissədə hərbi qulluqdadır.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3 maddəsi ilə protokol tərtib olunub. O hal-hazırda hərbi xidmətdə olduğu üçün iş hərbi məhkəməyə göndərilib.

Oxumağa davam et

Maraqlı

Türkiyənin zəngin florası

Türkiyənin zəngin florası həm peşəkar, həm də həvəskar botaniklər üçün bir xəzinədir. Türkiyənin florası 12.000-dən çox bitki növü ilə həvəskar və peşəkar botaniklər üçün çox lazımlı bir mənbədir. Ölkə Avropa qitəsi ilə müqayisə edilə biləcək müxtəlif bitki növlərinə malikdir.

Publika.az xəbər verir ki, təbiəti sevən səyahətçilər ölkənin təbii landşaftları, milli və botanika bağları və unikal coğrafi xüsusiyyətləri vasitəsilə Türkiyənin zəngin florası haqqında məlumat əldə edə bilərlər. Ölkənin unikal flora və faunasını müşahidə etmək və öyrənmək üçün 46 milli park, 259 təbiət parkı, 31 təbiət mühafizə zonası, 114 təbiət zonası və 85 canlı təbiət inkişaf zonası mövcuddur.     

 İynəada Milli Parkı

Türkiyənin Kırklareli şəhərinin 97 kilometr şimal-qərbində yerləşən İynəada Milli Parkı 3155 hektar ərazini əhatə edir. İynəada Milli Parkı zəngin biomüxtəlifliyi ilə düz meşələri, bataqlıqları, şirin su gölləri və sahilləri özündə birləşdirən nadir ekosistemlərdən biridir.

472 müxtəlif zəngin bitki növü ilə zəngin olan və 2007-ci ildə Milli park olaraq yaradılan bölgədə Saka, Dəniz, Hamam, Pedina, Mərt, Ərikli adlı göllər yerləşir. Milli park 194 quş növü ilə də zəngindir.

Duz gölü

Duz Gölü Türkiyənin ən böyük ikinci, dünyanın isə ən duzlu göllərindən biri sayılır. Hər il dünya miqyasında orta hesabla 10 000 flaminqoya rast gəlinən azsaylı ərazilərdəndir. Gölün suyunun temperaturu və iqlim şəraiti optimal olduğu zaman yumurtadan çıxan balaların sayı 20 000-ə çatır ki, bu da dünyada ən böyük statistikalardan biridir.

Son vaxtlara qədər bu göl yalnız duzluluğu və qaranquşlar və çöl qazları kimi digər köçəri quşların yaşayış yeri kimi tanınırdı. Ancaq 2020-ci ildə bir qrup türkiyəli alim Duz gölündə 72 fərqli nadir endemik bitki növü aşkar edərək elm dünyasını heyrətləndirdi.     

Atatürk Dendroparkı

1949-cu ildə Mustafa Kamal Atatürkün anadan olmasının 100-cü ildönümü münasibətilə əsası qoyulan və 1982-ci ildən Atatürkün adını daşıyan Dendropark İstanbulun ən yaşıl səmtlərindən biri olan Sarıyerdə, Belqrad meşəsinin yanında yerləşir.

3000 kvadratmetr ərazini əhatə edən Atatürk Dendroparkında 2000-dən çox yerli və ekzotik bitki növü, həmçinin ördək və qu quşlarının yaşadığı üç göl, palıd, ağcaqayın, qızılağac və çinar ağacları da daxil olmaqla minlərlə ağac var.

Gaziantep Botanik Bahçesi

2009-cu ildə 17 000 kvadratmetr sahədə qurulan Qaziantep Nəbatat Bağı Qaziantepin ilk botanika bağıdır. Ölkənin nəsli kəsilməkdə olan bitki kolleksiyasının bir hissəsi olan bu yaşıl sahə tələbələr üçün müxtəlif bitki növlərini tanıtmaq üçün müxtəlif təlimlər təqdim edir.

Oxumağa davam et
Reklam

Gündəm