Tanınmış həkim elan etdi: “Bununla yaşamağı öyrənəcəyik” - Publika.az
Bizi izləyin

Sağlamlıq

Tanınmış həkim elan etdi: “Bununla yaşamağı öyrənəcəyik”

Omikronun yoluxuculuğu öncəki ştamlardan 70 dəfə daha yüksəkdir. Maskadan istifadə etməli və qabaqlayıcı tədbirlər görməliyik. Təzyiq və şəkərli diabet xəstəliyindən əziyyət çəkən yaşlı bir kəsim var ki, onları qorumalıyıq. Omikron ştamının klinik gedişi digərləri ilə müqayisədə daha yüngül olsa da, risk qrupunda olan şəxslər üçün yenə də təhlükəlidir. Ola bilər ki, yüngül keçirəsiniz, lakin yaşlıları yoluxdurmamaq üçün maskadan istifadə etməliyik.

Publika.az xəbər verir ki, bu sözləri həkim Turanə Rəsulova deyib. 

O bildirib ki, hər bir ölkə əvvəlki ştamlarla müqayisədə yoluxma sayında pik yaşayır: 

“Amma xəstəxanaya yatış və reanimasiyaya ehtiyacı olanların sayında elə bir artım yoxdur. Bu o deməkdir ki, yoluxma artsa da, səhiyyə sisteminin yüklənməsi ehtimalı gözlənilmir. Əlbəttə ki, hər vəziyyətin dinamikasına uyğun düşünüb qərar verilməlidir. Amma cənab Prezidentin və səhiyyə nazirinin çıxışlarında deyildiyi kimi, yataq rezervi yetərlidir. Bu səbəbdən də mənim fikrimcə, daha sərt karantin tədbirlərinə hələ ehtiyac yoxdur”. 

“Turkovac” vaksinindən danışan mütəxəssis qeyd edib ki, istənilən halda vaksinlərə etibar etməyə dəyər: 

“Vaksinin edə biləcəyi ən yaxşı funksiyası bizi qorumaqdır. Bu vaksinlərin zərərli olmadığı aydınlaşandan sonra istifadəsinə icazə verilir. Odur ki, vaksinasiyaya mütləq şəkildə “hə” deməliyik. 

Vəba dönəmində də insanlar elə hesab edirdi ki, xəstəliyi həkimlər özləri yayır. Bizim yeganə istəyimiz odur ki, insanlar sağlam olsunlar və tezliklə bu ağır dönəmi atladaq. Vaksinlərin yol aça biləcəyi ciddi problem mövcud deyil. İnsan hüquqları və tibbi etika tələb edir ki, zərər vermədiyi müddətdə nəsə edə bilərsən. Və bu, çox leqal prosesdir. Vaksinlərin istifadəyə başlaması üçün Ümumdünya Səhiyyə Təşkilatının nüfuzlu ekspertləri iştirak edir və sınaqdan keçirilir. Eyni zamanda vurğulamaq lazımdır ki, vaksinlər dünyada ilk növbədə tibb işçilərinə, həkimlərə vurulur. Əgər burada şübhə yeri olsaydı, həkimlər vaksin vurdurardımı?”

T.Rəsulova bildirib ki, omikron ştamı mövsümi qriplə bənzərdir: 

“Burun axıntısı, oynayan qızdırma, halsızlıq eyni ilə mövsüm qripində olduğu kimidir. Yay dönəmində də deyirdik ki, qış gələnə qədər vaksinasiya olunmaq lazımdır. Çünki qış özü ilə birlikdə başqa viral xəstəliklər də gətirəcək. Azərbaycanda hazırda influenza da yayılmağa başlayıb və bu, digər ölkələrdə də belədir. Hazırda omikronun dünyada yayılması qriplə eynidir. Zamanla omikrona qarşı immunitet qazanmış olacağıq. Hazırda edə biləcəyimiz effektiv yol 3 doza vaksin vurdurmaq və omikron” ştamının yarada biləcəyi ağırlaşmaları ortadan qaldırmaqdır. Bundan əlavə, yuxu rejiminin düzgün olması, sağlam qidalanma və idman orqanizmin immunitetini güclü saxlayan amillərdir. 

Pandemiyanın bitməsinin bir neçə ssenarisi mümkündür. Onlardan biri o idi ki, özü-özünü bitirsin, amma bu ssenari özünü doğrultmadı. İkinci variant odur ki, endemik olsun. Biz hər il bunu keçirəcəyik, daha çox mövsüm qripinə bənzəyəcək, əsasən yüngül olacaq. Əlbəttə ki, həssas şəxslər qripdə olduğu kimi, bundan daha çox təsirlənəcək. Amma bununla yaşamağı öyrənəcəyik”. 

Rəylər
Oxumağa davam et
Reklam

Sağlamlıq

Meymunçiçəyi laboratoriyadan yayılıb? - ŞOK

Meymunçiçəyi insanların düşündüyü kimi ölümcül deyil. 

Publika.az xəbər verir ki, bu sözləri Rusiya Elmlər Akademiyasının akademiki Vitali Zverev “News Service”ə müsahibəsində deyib. 

Virusoloqun sözlərinə görə, belə hallar əvvəllər də çiçək xəstəliyi gəmiricilərdən meymunlara və ya insanlara keçərkən baş verib. 

Alimin hazırkı virus epidemiyasına dair 2 versiyası var:

“Ya laboratoriya işi olub, ya da Afrikadan ekzotik heyvan gətirilib”.

Oxumağa davam et

Sağlamlıq

Meymunçiçəyinə qarşı peyvəndlənmə başlayır?

Bir çox ölkələrdə meymunçiçəyinə yoluxma halları qeydə alınsa da, həkimlərimiz bizi narahat olmamağa çağırır və bildirir ki, bu xəstəliyin pandemiyaya çevrilmə ehtimalı çox aşağıdır. Bununla belə, dünya mətbuatında mövzuya geniş yer verilməsi və xəstəliyin görüntüsü insanlarda istər-istəməz vahimə yaradır. Bu halda hər kəsi bir sual düşündürür: Meymunçiçəyinə qarşı peyvəndlənmə lazımdırmı?

Bu sualın cavabını infeksionist-hepatoloq Mərdan Əliyev Publika.az-a açıqlayıb. 

Həkim bildirib ki, suçiçəyi və təbii çiçək tamamilə ayrı xəstəliklərdir və ayrı viruslar tərəfindən törədilir:

“Suçiçəyini herpes virusları törədir, adlar oxşar olduğu üçün bu xəstəliklər bəzən qarışdırılır. Meymunçiçəyinə yaxın olan xəstəlik təbii çiçəkdir. Təbii çiçək xəstəliyi 1980-ci ilə qədər mövcud olub və o zamana qədər insanlar bu xəstəliyə qarşı peyvənd olunublar. Bu peyvənd meymunçiçəyinə qarşı da qoruyur. 1980-ci ilə qədər anadan olan şəxslərdə həm təbii çiçək, həm də meymunçiçəyi virusuna qarşı immunitet var. Təbii və meymunçiçəyi təqribən yaxın viruslar tərəfindən törədilir. Odur ki, təbii çiçəyə qarşı tətbiq olunan peyvənd meymunçiçəyinə qarşı da təsirlidir və hər ikisinə qarşı immunitet qazandırır.


Meymunçiçəyinə qarşı əhalinin peyvəndlənməsinə hələ ki, ehtiyac görülmür. Artım müşahidə edilərsə, peyvəndlənməyə start verilə bilər. Yalnız tibb işçilərinin və müəyyən aktiv qrup şəxslərin peyvənd olunmasına qərar verilə bilər. Lakin belə artımın baş vermə ehtimalı çox aşağıdır. Ümumiyyətlə, meymunçiçəyi yeni xəstəlik deyil və ona qarşı peyvənd var. Əgər peyvəndlənməyə ehtiyac olarsa, bu, istənilən vaxt aparıla bilər. Hazırda dövlətlər gözləmə mövqeyindədir”.

Səhiyyə Nazirliyi mövzu ilə bağlı məlumatında bildirib ki, bu istiqamətdə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən ciddi epidemioloji nəzarət aparılır: Hazırda ÜST beynəlxalq səyahətlərlə bağlı hər hansı əlavə tədbirlərin həyata keçirilməsini tövsiyə etmir.

Ümumdünya Səhiyyə Təşkilatı elan edib ki, bu xəstəliyə qarşı kütləvi fövqəladə vaksinasiyaya başlamaq üçün heç bir səbəb görmür. Bu barədə ÜST-nin nümayəndəsi Riçard Pibodi məlumat verib. Reutersə danışan Pibodi əlavə edib ki, hazırda əhalinin genişmiqyaslı peyvənd edilməsi istiqamətində hərəkətə keçməyə ehtiyac yoxdur.

O etiraf edib ki, dünyada vaksinlərin və virus əleyhinə dərmanların tədarükü məhduddur. 

Xatırladaq ki, meymunçiçəyi çox nadir rast gəlinən zoonoz virus xəstəliyidir, yəni bu xəstəlik insana əsasən heyvandan keçir. İnsan orqanizminə zədələnmiş dəri, tənəffüs yolları, gözlər, burun və ağzın selikli qişasından daxil ola bilər. İnsandan insana bu xəstəlik yalnız uzunmüddətli və sıx təmas zamanı ötürülə bilər. Xəstəliyin əsas əlamətləri üz nahiyəsindən başlayan və qısa müddət ərzində bütün bədənə yayılan qeyri-adi irinli səpgilərdir. Xəstəliyə xas olan kliniki əlamətlər əmələ gəlməyənə qədər xəstə və ya onunla təmasda olan şəxslər yoluxucu hesab edilmir.

Oxumağa davam et

Sağlamlıq

Səhər yeməyi yuxudan durduqdan nə qədər sonra yeyilməlidir?

Səhər yeməyi üçün ən ideal vaxt oyandıqdan 40 dəqiqə sonradır. 

Publika.az xəbər verir ki, bu barədə “Moskva 24” telekanalına diyetoloq Yelena Solomatina danışıb.

“Səhər yeməyi məcburi olmalıdır, çünki insanların çoxu metabolik proseslərə məhz səhər başlayır. Səhər yeməyi gün ərzində metabolik proseslərə təsir edir, orta hesabla 40 dəqiqədən sonra”, - həkim vurğulayıb.

Ekspert bildirib ki, güclü aclıq hissi varsa, istisna edilə bilər. Bu vəziyyətdə yuxudan oyandıqdan dərhal sonra səhər yeməyi yemək qadağan deyil. O, səhərlər kompleks karbohidratlar və zülallar yeməyi məsləhət görüb: həm tək, həm də qarışıq. Məsələn, sıyıq kəsmik və ya az yağlı pendirlə yeyilə bilər. Yulafı qarabaşaq yarması və ya arpa ilə qarışdıra, növbəti gün isə tərəvəzli omlet yeyə bilərsiniz. Sıyığı sevməyənlər üçün Solomatina onu çovdar çörəyindən hazırlanmış sendviçlə bir dilim balıq və ya toyuq əti ilə əvəz etməyi məsləhət görüb. 

Oxumağa davam et
Reklam

Gündəm