Satışda olan duzlardakı TƏHLÜKƏLİ MADDƏ: orqanizmi necə məhv edir? - Publika.az
Bizi izləyin

Sağlamlıq

Satışda olan duzlardakı TƏHLÜKƏLİ MADDƏ: orqanizmi necə məhv edir?

Ferrosianid kaliy - E535, E 536 qida sənayesində istifadə olunan zərərli kimyəvi madədlərdən, əlavələrdən biridir. Artıq çox ölkələrdən ona qadağa qoyulub.

Daha çox süfrə, xörək duzlarına duzun narın qalması, rütubətdən yapışmaması üçün qatılır. Həmçinin duzun ağappaq olmasını təmin edir. Əslində isə natural duz bir qədər ağımtıl-sarı olmalıdır.

Bu maddənin Azərbaycanda satışda olan duzlarda olub-olmamasını araşdırdıq. Marketdə satışda olan 99% duzlarda - yerli və rusiya istehsalı qablaşdırmaların hamısında bu maddə qeyd olunmuşdu, baxmayaraq ki, doza 0,01% göstərilmişdi, yəni o qədər azdır ki, ziyanı yoxdur. Təkcə Naxçıvan duzu altında buraxılan yodlu duz qutusunda bu maddə əks olunmamışdı. Görünür bu duz iri sənaye müəssisəsində istehsal olunmur və istehsalçıya bu maddəni istifadə etmək sərfəli deyil. Hər halda kiçik istehsalatda buraxılan duzların da tərkibinin araşdırılması vacibdir.

Publika.az E 536-nın insan orqanizminə təsirini araşdırıb.

Deməli bu maddə sarımtıl kristal tozdur, o qaz zavodlarında qazın təmizlənməsi zamanı sintez olunur. Adından məlumdur ki, tərkibində sianist birləşmələr var.

Bu zərərli maddənin insana mənfi təsirləri:

-Mədə-bağırsaq selikli qişa zədələnməsi, pozulmalar

-Qaraciyər toksikləşməsi

-Dəri xəstəlikləri - akne, dermatit, allergiya

-ƏSəb sisteminə təsir

-Limfa sistemin işinə təsir

-Orqanizmin intoksikasiyası

-Hamilə qadınların belə duzdan istifadəsi döl üçün zərərlidir

Əslində toz halında ferrosianid kaliy çox zəif təsirlidir. Amma su ilə təmasdan sonra ondan zəhərli qazlar ayrılır. Bu isə bağırsaqlarda spazmlara səbəb olur. Bu emulsiyanın mədə şirəsi ilə reaksiyası isə daha təhlükəli - sinil turşusu yaradır. Xüsusən yemək 50-60 dərəcədə bişiriləndə, qaynayanda və qızdırılanda bu yeməyə səpilən duz istiliyin təsirindən sinil turşusu birləşməsi sintez edir.

Körpə uşaqların hələ formalaşmamış sinir-əsəb, mədə-bağırsaq sistemi üçün bu duzlar çox zərərlidir.

Vicdanlı istehsalçılar qutuda etiketdə duzun tərkibində E 536-nın olmasını və dozasını göstərir. Lakin çoxları bunu başqa adla əvəz edir, istehlakçını çaşdırır və ya ümumiyyətlə yazmır, gizlədir. Bu xüsusilə kiçik sexlərdə, kurtar üsulu ilə qablaşdırılmış duzlara da aiddir.

Əgər belə zərərli maddə olan duzları qəbul etmək istəmirsizsə, o zaman duz alarkən qutuda E535, 536 sözlərini axtarmalısız. Əgər varsa, o duzu almayın. Daha natural, təbii duzlar seçin, rəngi sarı, boz olsa da, özü tez nəmlənsə də, natural duz sağlamlığınız üçün daha faydalıdır. ("Medicina")

Rəylər
Oxumağa davam et
Reklam

Sağlamlıq

Meymunçiçəyi laboratoriyadan yayılıb? - ŞOK

Meymunçiçəyi insanların düşündüyü kimi ölümcül deyil. 

Publika.az xəbər verir ki, bu sözləri Rusiya Elmlər Akademiyasının akademiki Vitali Zverev “News Service”ə müsahibəsində deyib. 

Virusoloqun sözlərinə görə, belə hallar əvvəllər də çiçək xəstəliyi gəmiricilərdən meymunlara və ya insanlara keçərkən baş verib. 

Alimin hazırkı virus epidemiyasına dair 2 versiyası var:

“Ya laboratoriya işi olub, ya da Afrikadan ekzotik heyvan gətirilib”.

Oxumağa davam et

Sağlamlıq

Meymunçiçəyinə qarşı peyvəndlənmə başlayır?

Bir çox ölkələrdə meymunçiçəyinə yoluxma halları qeydə alınsa da, həkimlərimiz bizi narahat olmamağa çağırır və bildirir ki, bu xəstəliyin pandemiyaya çevrilmə ehtimalı çox aşağıdır. Bununla belə, dünya mətbuatında mövzuya geniş yer verilməsi və xəstəliyin görüntüsü insanlarda istər-istəməz vahimə yaradır. Bu halda hər kəsi bir sual düşündürür: Meymunçiçəyinə qarşı peyvəndlənmə lazımdırmı?

Bu sualın cavabını infeksionist-hepatoloq Mərdan Əliyev Publika.az-a açıqlayıb. 

Həkim bildirib ki, suçiçəyi və təbii çiçək tamamilə ayrı xəstəliklərdir və ayrı viruslar tərəfindən törədilir:

“Suçiçəyini herpes virusları törədir, adlar oxşar olduğu üçün bu xəstəliklər bəzən qarışdırılır. Meymunçiçəyinə yaxın olan xəstəlik təbii çiçəkdir. Təbii çiçək xəstəliyi 1980-ci ilə qədər mövcud olub və o zamana qədər insanlar bu xəstəliyə qarşı peyvənd olunublar. Bu peyvənd meymunçiçəyinə qarşı da qoruyur. 1980-ci ilə qədər anadan olan şəxslərdə həm təbii çiçək, həm də meymunçiçəyi virusuna qarşı immunitet var. Təbii və meymunçiçəyi təqribən yaxın viruslar tərəfindən törədilir. Odur ki, təbii çiçəyə qarşı tətbiq olunan peyvənd meymunçiçəyinə qarşı da təsirlidir və hər ikisinə qarşı immunitet qazandırır.


Meymunçiçəyinə qarşı əhalinin peyvəndlənməsinə hələ ki, ehtiyac görülmür. Artım müşahidə edilərsə, peyvəndlənməyə start verilə bilər. Yalnız tibb işçilərinin və müəyyən aktiv qrup şəxslərin peyvənd olunmasına qərar verilə bilər. Lakin belə artımın baş vermə ehtimalı çox aşağıdır. Ümumiyyətlə, meymunçiçəyi yeni xəstəlik deyil və ona qarşı peyvənd var. Əgər peyvəndlənməyə ehtiyac olarsa, bu, istənilən vaxt aparıla bilər. Hazırda dövlətlər gözləmə mövqeyindədir”.

Səhiyyə Nazirliyi mövzu ilə bağlı məlumatında bildirib ki, bu istiqamətdə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən ciddi epidemioloji nəzarət aparılır: Hazırda ÜST beynəlxalq səyahətlərlə bağlı hər hansı əlavə tədbirlərin həyata keçirilməsini tövsiyə etmir.

Ümumdünya Səhiyyə Təşkilatı elan edib ki, bu xəstəliyə qarşı kütləvi fövqəladə vaksinasiyaya başlamaq üçün heç bir səbəb görmür. Bu barədə ÜST-nin nümayəndəsi Riçard Pibodi məlumat verib. Reutersə danışan Pibodi əlavə edib ki, hazırda əhalinin genişmiqyaslı peyvənd edilməsi istiqamətində hərəkətə keçməyə ehtiyac yoxdur.

O etiraf edib ki, dünyada vaksinlərin və virus əleyhinə dərmanların tədarükü məhduddur. 

Xatırladaq ki, meymunçiçəyi çox nadir rast gəlinən zoonoz virus xəstəliyidir, yəni bu xəstəlik insana əsasən heyvandan keçir. İnsan orqanizminə zədələnmiş dəri, tənəffüs yolları, gözlər, burun və ağzın selikli qişasından daxil ola bilər. İnsandan insana bu xəstəlik yalnız uzunmüddətli və sıx təmas zamanı ötürülə bilər. Xəstəliyin əsas əlamətləri üz nahiyəsindən başlayan və qısa müddət ərzində bütün bədənə yayılan qeyri-adi irinli səpgilərdir. Xəstəliyə xas olan kliniki əlamətlər əmələ gəlməyənə qədər xəstə və ya onunla təmasda olan şəxslər yoluxucu hesab edilmir.

Oxumağa davam et

Sağlamlıq

Səhər yeməyi yuxudan durduqdan nə qədər sonra yeyilməlidir?

Səhər yeməyi üçün ən ideal vaxt oyandıqdan 40 dəqiqə sonradır. 

Publika.az xəbər verir ki, bu barədə “Moskva 24” telekanalına diyetoloq Yelena Solomatina danışıb.

“Səhər yeməyi məcburi olmalıdır, çünki insanların çoxu metabolik proseslərə məhz səhər başlayır. Səhər yeməyi gün ərzində metabolik proseslərə təsir edir, orta hesabla 40 dəqiqədən sonra”, - həkim vurğulayıb.

Ekspert bildirib ki, güclü aclıq hissi varsa, istisna edilə bilər. Bu vəziyyətdə yuxudan oyandıqdan dərhal sonra səhər yeməyi yemək qadağan deyil. O, səhərlər kompleks karbohidratlar və zülallar yeməyi məsləhət görüb: həm tək, həm də qarışıq. Məsələn, sıyıq kəsmik və ya az yağlı pendirlə yeyilə bilər. Yulafı qarabaşaq yarması və ya arpa ilə qarışdıra, növbəti gün isə tərəvəzli omlet yeyə bilərsiniz. Sıyığı sevməyənlər üçün Solomatina onu çovdar çörəyindən hazırlanmış sendviçlə bir dilim balıq və ya toyuq əti ilə əvəz etməyi məsləhət görüb. 

Oxumağa davam et
Reklam

Gündəm