Komandolarımız “düşmən”i məhv etdi - Publika.az
Bizi izləyin

Siyasət

Komandolarımız “düşmən”i məhv etdi - VİDEO

Quru Qoşunlarının döyüş hazırlığı planına əsasən, Əməliyyat (Komando) hərbi hissəsində təlim məşqləri keçirilib.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, təlimin ssenarisinə uyğun olaraq taktiki yerdəyişmə fəaliyyətləri icra edən komandolar kəşfiyyat məlumatları əsasında şərti düşmənin kəşfiyyat-diversiya qrupunun təxribat törədəcəyi ehtimal edilən ərazi istiqamətində irəliləyiblər.

Komandolar maskalanma tələblərinə əməl etməklə sərt iqlim şəraitində, kəskin relyefli ərazilərdə kəşfiyyat aparma, şərti düşmən sığıcaqlarının aşkar edilməsi, eləcə də kəşfiyyat-diversiya qrupunun mühasirəyə alınaraq zərərsizləşdirilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.


Rəylər
Oxumağa davam et
Reklam

Siyasət

Milli Məclisdə 6 layihə qəbul edilmədi

Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planına daxil edilmiş 6 qanun layihəsi qəbul edilməyib.

Publika.az xəbər verir ki, parlamentin 2022-ci il yaz sessiyasının qanunvericilik işləri planına daxil edilən aşağıdakı qanun layihələri Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılmayacaq:

- “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi;

- “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi;

- “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi;

- “Ali təhsil haqqında” qanun layihəsi;

- “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi;

İşlər planına daxil edilmiş “Lombardlar haqqında” qanun layihəsi də yaz sessiyasında üçüncü oxunuşda müzakirəyə çıxarılmayacaq.

Qeyd edək ki, Milli Məclisin yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir.

Oxumağa davam et

Siyasət

Təbrizdə 28 May - Müstəqillik Günü qeyd olundu - FOTO

28 May - Müstəqillik Günü münasibətilə Təbriz şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğu tərəfindən qəbul təşkil edilib.

Publika.az xəbər verir ki, qəbulda İranın Şərqi Azərbaycan Vilayətinin valisi Zeynəlabedin Rəzəvi Xorrəm, Ərdəbil valisinin siyasi, təhlükəsizlik və ictimai məsələlər üzrə müavini Reza Qasemyan və digər rəsmi şəxslər, yerli mətbuat və ictimaiyyət nümayəndələri, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları iştirak ediblər.

Dövlət himnləri səsləndikdən sonra Baş konsul Əliyənnağı Hüseynov çıxış edib.

Qeyd olunub ki, bu il müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 104 illiyi tamam olur. İki ilə yaxın mövcud olmuş AXC zəngin dövlət quruculuğu təcrübəsi ilə Azərbaycanın milli dövlətçilik tarixində silinməz izlər qoyub. 1991-ci il oktyabrın 18-də Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa edib.

Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olub. AXC 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra süquta uğrayıb. Süqut edən Xalq Cümhuriyyətinin üçrəngli bayrağını yenidən ucaldan və Azərbaycan xalqının əbədi müstəqilliyini təmin edən şəxsiyyət isə xalqımızın ümummilli lideri Heydər Əliyev oldu. Ümummilli Liderin sədrliyi ilə 1990-cı il noyabrın 17-də keçirilən Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında alınmış tarixi qərara əsasən Azərbaycanın müstəqilliyinin əsas atributlarından olan AXC-in üçrəngli bayrağı qəbul olundu və bu bayraq ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclas salonunda yüksəldi.

“Siyasi təcrübə onu göstərdi ki, müstəqilliyi qorumaq onu əldə etməkdən daha çətindir. Danılmaz faktdır ki, ötən əsrin 90-cı illərinin əvvəllərində yenicə müstəqillik əldə etmiş Azərbaycan daxili və xarici faktorların təsiri ilə dağılmaq ərəfəsində idi. Lakin Heydər Əliyevin hakimiyyətə qayıdışı bunun qarşısını aldı. Ulu Öndər ölkədə sabitliyi bərpa etdi, sosial-iqtisadi tənəzzülün qarşısını aldı, uğurlu xarici siyasət kursu müəyyənləşdirdi”,- deyə Baş konsul vurğulayıb.

Bu gün Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə və reallıqlarına uyğun davam etdirilir. Azərbaycan beynəlxalq aləmdə turizm, tolerantlıq diyarı, idman ölkəsi olmaqla yanaşı, eyni zamanda innovasiyalar və informasiya-kommunikasiya texnologiyaları ölkəsi kimi də tanınmaqdadır. 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi nəticəsində 30 ilə yaxın erməni işğal altında qalan Qarabağ azad edildi. Artıq Azərbaycan ikinci ildir ki, 28 May - Müstəqillik Gününü öz ərazi bütövlüyünü təmin etmiş qalib dövlət kimi qeyd edir.

İranın Şərqi Azərbaycan vilayətinin valisi Zeynəlabedin Rəzəvi Xorrəm çıxış edərək Müstəqillik Günü və Azərbaycan Respublikasının ərazilərinin azad edilməsi münasibətilə öz təbriklərini çatdırıb.

Vali mədəni, tarixi və dini ortaqlıqlar ilə iki ölkə xalqlarının biri-birinə bağlı olduğunu, İranın Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu diqqətə çatdırıb. İki ölkə arasında bir çox sahələrdə yaxşı əlaqələr mövcud olduğunu qeyd edib. Bakıda keçirilən İran-Azərbaycan müştərəyə iqtisadi komissiyasının iclasında da bir çox sahələrdə o cümlədən, nəqliyyat, maliyyə, bank, kommunikasiya və digər sahələrdə razılaşmalar əldə edildiyini bildirib.

Sonda Müstəqillik Günü ilə bağlı videoçarx nümayiş etdirilib.

Tədbir mədəni proqramla davam edib.

Oxumağa davam et

Siyasət

Bayramovdan Ukrayna AÇIQLAMASI: "Vəziyyət çox böyük narahatlıq doğurur"

"Ukraynadakı vəziyyət, əlbəttə çox böyük narahatlıq doğurur".

Publika.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın “Agenzia Nova” xəbər agentliyinə müsahibəsində deyib.

“Azərbaycanın həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətləri mövcuddur, burada söhbət iki böyük ölkə ilə olan hərtərəfli və yüksək səviyyəli əməkdaşlıq və tərəfdaşlıq münasibətlərindən gedir. Azərbaycan vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün tərəfləri vaxt itirmədən dialoqa çağırıb və tərəflər arasında birbaşa danışıqların zəruriliyini vurğulayıb. Qeyd etmək istərdim ki, Azərbaycan dövlət başçısının hələ müharibənin ilk günlərində hər iki ölkənin başçısı ilə telefon danışıqları olub", - nazir qeyd edib.

C.Bayramovun sözlərinə görə, Azərbaycan beynəlxalq münasibətlərdə beynəlxalq hüququn norma və prinsiplərini həmişə rəhbər tutur:

"Azərbaycan özü 30 ilə yaxın hüquqi ədalətsizlikdən əziyyət çəkmiş bir dövlət kimi beynəlxalq hüququn irəli sürdüyü, tələb etdiyi normalara əməl olunması tərəfdarıdır. Ona görə də, Azərbaycanın bu məsələlərin Ukraynanın ərazi bütövlüyü çərçivəsində sülh, danışıqlar yolu ilə həll edilməsinin vacibliyini önə çəkməsi təbiidir".

"Qeyd etmək istərdim ki, Azərbaycan Ukraynaya ilk humanitar yardım göstərən ölkələr sırasında olub. Bu günədək tərəfimizdən Kiyevə 15 milyon avroluq humanitar yardım göstərilib”, - nazir əlavə edib.

Oxumağa davam et
Reklam

Gündəm