Sosial
Bu təşkilatlarda çalışanların əməkhaqqı artırıldı

Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının məbləğinə əlavələr edilib.
Publika.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının məbləği bu qərarın əlavəsinə uyğun olaraq müəyyən edilib.
Bu qərar 2022-ci il yanvarın 1-dən tətbiq edilir.
Qərarın əlavəsinə uyğun olaraq, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməyinin ödənilməsinin vahid tarif cədvəli aşağıdakı kimidir:
Əməyin ödənilməsi dərəcələri | Aylıq tarif (vəzifə) maaşı (manatla) |
1 | 300 |
2 | 312 |
3 | 325 |
4 | 338 |
5 | 353 |
6 | 367 |
7 | 383 |
8 | 398 |
9 | 415 |
10 | 432 |
11 | 450 |
12 | 468 |
13 | 487 |
14 | 508 |
15 | 528 |
16 | 549 |
17 | 604 |
18 | 725 |
19 | 979 |
Qeyd edək ki, bundan əvvəl dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli aşağıdakı kimi olub:
Əməyin ödənilməsi dərəcələri | Aylıq tarif (vəzifə) maaşı (manatla) |
1 | 250 |
2 | 260 |
3 | 271 |
4 | 282 |
5 | 294 |
6 | 306 |
7 | 319 |
8 | 332 |
9 | 346 |
10 | 360 |
11 | 375 |
12 | 390 |
13 | 406 |
14 | 423 |
15 | 440 |
16 | 457 |
17 | 529 |
18 | 666 |
19 | 906 |
Sosial
İcra başçısından AÇIQLAMA: Bir faiz görüləsi iş qalıb, o da...

İkinci Qarabağ savaşı zamanı ən çox ziyan görmüş rayonlardan biri, bəlkə də ən birincisi Tərtərdir. 44 gün davam edən müharibə zamanı elə gün olmurdu ki, Tərtərin ərazisinə mərmi düşməsin.
Müharibənin vurduğu zərərin miqyası çox böyükdür. Ümumilikdə 3548 fərdi ev, çoxmərtəbəli binalarda 1735 mənzil, 163 sahibkarlıq obyekti, 47 sosial obyekt, 28 inzibati bina, 103 maşın-mexanizm, 2 qazanxana düşmən mərmilərinin əsas hədəfinə çevrilib. Eyni zamanda 44 gün ərzində Tərtərdəki çoxmərtəbəli binalara çox sayda mərmi atılıb, 900-dən çox mənzilə ziyan dəyib.
Bəs müharibənin başa çatdığı il yarım ərzində Tərtərdə hansı yenidənqurma və bərpa işləri görülüb? Zərərçəkənlərə kompensasiya ödənilibmi?
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Publika.az-a açıqlamasında bildirdi ki, 44 günlük Vətən müharibəsi dövründə bu rayona 16 277 mərmi atılıb.
Müstəqim Məmmədovun sözlərinə görə, onlardan 21-i qadağan edilmiş raketlər olub:
“44 günlük Vətən müharibəsi başa çatandan sonra dağıdılan obyektlər arasında dövlət tərəfindən sığortası olunanların hamısına kompensasiyalar ödənilib. Dövlət əmlaklarına dəyən ziyan da qarşılanıb. Vətəndaşların evlərinə dəyən ziyanın aradan qaldırılması ilə bağlı bütün işlər görülüb. Prezidentin sərəncamı ilə yaradılan komissiya tərəfindən 7050 adda akt bağlanılıb. Komissiya üzvləri gəldilər, yerində iş apardılar. Vətəndaşlara dəyən ziyan da aradan qaldırılıb. Ümumilikdə bu istiqamətdə işlər hardasa 99 faiz icra olunub. Cəmi bir faiz görüləsi iş qalıb, o da yaxın vaxtlarda yekunlaşacaq. Qalan işlər 70-ə yaxın evi, sosial obyekti əhatə edir”.
İcra başçısı vurğuladı ki, onlar da Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aradan qaldırılır:
“Bütün funksiyaları icra hakimiyyəti yox, onlar yerinə yetirirdilər. Yəni ziyan dəymiş evlər insanların istifadəsinə veriləcək. Düşmənin atdığı raket nəticəsində yanan pambıq zavodu da təmir olunub. Müharibə dövründə ermənilərin atdığı raketlər nəticəsində dağıdılan qəbiristanlıqlar da bərpa edilib. Düşmənin atdığı raketlər nəticəsində Tərtər rayonuna vurulmuş ziyanın aradan qaldırılması ilə bağlı nə qədər vəsaitin xərcləndiyini isə biz bilmirik. Çünki həmin işləri ölkə Prezidentinin sərəncamı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi görüb”.
Sosial
Səlcuq Bayraktar: Bu, qardaşlığımızın zirvəsidir

Tək millət, iki dövlət olaraq qardaşlarımız bir neçə dəfə sınandı və hər dəfə könül bağımız daha da gücləndi. Qarabağ qardaşlığımızın zirvəsidir.
Publika.az xəbər verir ki, bunu “Baykar” şirkətinin texniki direktoru və “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının İdarə Heyətinin sədri Səlcuq Bayraktar “TEKNOFEST Azərbaycan”ın açılışında deyib.
Dost dar gündə tanınar deyən Bayraktar bildirib ki, Azərbaycan və Türkiyə pis gündə və yaxşı gündə də birlikdədir və hər zaman olacaq:
"Bəxtiyar Vahabzadənin dediyi kimi, bizlər ət və dırnaq kimi ayrılmaz qardaşıq. Bir ananın iki oğlu Bir amalın iki qolu O da ulu, bu da ulu Azərbaycan -Türkiyə".
"Teknofest uşaqların və gənclərin xəyallarımın önündən məhdudiyyət olmamaması üçün həyata keçiririk. Türk qırıcıları əzmi ilə nələr edəcəyini bütün dünyaya nümayiş etdirəcək. Şuşaya, can Azərbaycanın hər bir yerinə salamlarımı çatdırıram", - deyə Səlcuq Bayraktar qeyd edib.
Sosial
Hərbçilərimiz növbəti tapşırıqları icra etdi - FOTO - VİDEO

Türkiyənin İzmir şəhərində keçirilən “Efes-2022” çoxmillətli təliminin növbəti mərhələsi üzrə tapşırıqlar icra edilib.
Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Təlimin növbəti günündə senariyə uyğun olaraq sahil xəttinin sualtı minalardan təmizlənməsi, şərti düşmən arxasına havadan sızma, onun sahildə yerləşən hərbi obyektinə basqın və aşkar olunan terrorçuların zərərsizləşdirilməsi tapşırıqları iştirakçılar tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.
Qeyd edək ki, ölkəmizi beynəlxalq təlimdə Əlahiddə Ümumqoşun Ordunun və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları təmsil edir.
- Maqazin26 May 2022 11:50
Lalə Azərtaş onları TOPA TUTDU: Yediyi qaba tüpürənlər...
- Sosial26 May 2022 10:54
Həcc, yoxsa qazi ziyarəti? - Tanınmışlar nə düşünür
- Sosial26 May 2022 09:58
Azərbaycanda evlərin qiyməti kəskin qalxacaq?
- Sosial26 May 2022 08:56
ŞAD XƏBƏR: Bu şəxslər Qarabağda işlə təmin oluna bilər - VİDEO
- Maqazin26 May 2022 08:11
Lətafətdən Cavanşir Məmmədova: Sübut edərəm ki... - VİDEO
- Köşə26 May 2022 07:30
Ərin ayağını yumalımı, yumamalımı?
- Dünya26 May 2022 00:45
Bayden Azərbaycana yeni səfirin namizədliyini irəli sürdü - FOTO
- Maqazin26 May 2022 00:15
Məşhur müğənnidən İLGİNC AÇIQLAMA: "10 ildir manyak kimi işləyirəm, bir evim belə yoxdur"