Vaxtından əvvəl pensiyaya çıxmaq istəyənlərin NƏZƏRİNƏ - Publika.az
Bizi izləyin

Sosial

Vaxtından əvvəl pensiyaya çıxmaq istəyənlərin NƏZƏRİNƏ

Dövlət Sosial Müdafiə Fondu (DSMF) pensiyaya vaxtından əvvəl çıxmaq istəyən şəxslərə müraciət edib.

Publika.az xəbər verir ki, bu barədə qurumun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Məmmədov məlumat verib.

“Bəzən vətəndaşlar hesab edirlər ki, yaşları tamam olubsa, onlara avtomatik qaydada əmək pensiyası təyin edilməlidir. Ancaq bu, belə deyil. "Əmək pensiyaları haqqında” qanuna əsasən, pensiya kapitalı yığılarsa, avtomatik qaydada pensiya təyinatı olur. Əgər vətəndaş hesab edirsə ki, onun həmin dövrlər ərzində pensiya kapitalı varsa, 25 il və daha çox sığorta stajı varsa, qəbul şöbələrinə, DOST mərkəzlərinə müvafiq sənədlərlə müraciət edə bilər. Ona pensiya çıxmaq hüququnun olub-olmaması araşdırılaraq məlumat veriləcək", - o qeyd edib.

Rəylər
Oxumağa davam et
Reklam

Sosial

“TEKNOFEST Azərbaycan” üçün bütün biletlər satıldı

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının son günü üçün biletlər artıq tam satılıb. 

Publika.az “İticket.az” saytında qeyd edilən məlumatlara əsasən bildirir ki, festivalın ikinci gününə mayın 27-si tarixinə satışda 16 minə yaxın bilet qalıb. 

Bu gün üçün isə satışda təxminən 4 minə yaxın bilet qalıb. Mayın 28-29 tarixlərinə festivala giriş üçün bütün biletlər tam olaraq satılıb.  

Qeyd edək ki, bu il mayın 20-si tarixinə olan məlumata əsasən, 45 682 ziyarətçi qeydiyyatdan keçib, akkreditasiya sayı isə 9 897-dir.

Oxumağa davam et

Sosial

Həcc, yoxsa qazi ziyarəti? - Tanınmışlar nə düşünür

Artıq Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Bu il hacı sertifikatı almaq istəyən zəvvarlar 5330 dollarından və ya 9106 manatından keçməlidirlər. Bir çoxları düşünür ki, Həcc ziyarətinə bu qədər pul verib gedənlər həmin vəsaiti ehtiyacı olan şəhid ailələrinə, qazilərə bağışlasınlar. 

Bəs zəvvarların Həcc ziyarəti üçün ayırdıqları pulları qazilərin və şəhid ailələrinin ehtiyacları üçün xərcləmələri nə dərəcədə doğrudur? 

Publika.az-a açıqlama verən jurnalist Aida Eyvazlı düşünür ki, 9106 manat xərcləyərək hacılıq sertifikatı almaqdansa, bir əlacsıza, ehtiyacı olana əl tutmaq daha savabdır:

“Bu, bütün dinlərdə belədir. Türklüyün əzəl dövründən ehtiyacı olan adama köməklik göstərilib. 44 günlük Vətən müharibəsində alqışladığımız, başımızın üzərinə qaldırdığımız, yaralanaraq, qazi ünvanı alaraq ailəsinin yanına dönən qazilərimizi indi gözdən endirmişik. İndi onlara əlillik statusları da verilmir. Sahil Babayevin qapısında qalıblar. Pensiyalarını ala bilmirlər. Bu da məni çox incidir. Mənim imkanım olsa, onlara özüm köməklik göstərərəm. Bir fond yaradaram. Hazırda dövlətimizin başı bir çox işlərə qarışıb. Hər şeyi dövlətdən gözləməməliyik. Müharibədən çıxmış ölkədir. Hacı statusu almaq istəyənlər qeyd etdiyim məbləği götürüb Səudiyyə Ərəbistanına gedirlər. Səudiyyə Ərəbistanı isə həmin pulu terrorçulara, “vəhabilərə” xərcləyir”. 

Jurnalistin fikrincə, onlar da Azərbaycana gələrək çaxnaşma yaradırlar, dini ayrı-seçkilik salırlar:

“Onların hərəsi bir xunta yaradır. Hacı sertifikatı almaq istəyənlərin pulları buradakı dini qarışıqlıq yaradanlara qaytarılır. Olmaz ki, bu pulu elə Azərbaycanda ehtiyacı olanlara xərcləyəsən?! Ziyarət etmək istəyirsənsə, gedib öz pirlərimizi ziyarət et. Qurban kəsmək istəyirsənsə, burada kəs. YAŞAT” Fondu yaradılıb, həmin qurbanın pulunu fonda köçürmək olar. Ola bilsin ki, həmin vəsait bir qazinin xərci üçün bəs etməsin, amma elə qazilərimiz də var ki, onların çox az vəsaitə ehtiyacı olur. 5330 dollar bir müalicə üçün az puldur, amma hansısa qazini ümidsizlikdən qurtara bilər. Bizim Vətənimizi yenə də qazilərin balaları qoruyacaq. Bunu unutmamalıyıq. Dindarların, Həccə gedənlərin övladları isə gedib dinlə məşğul olacaq. Çünki həmin uşaq atasından o dərsi alır. Dindarlar da Qarabağ savaşında döyüşüblər. Bunu inkar etmirəm. Heç olmasa, Həcc ziyarətinə getmək üçün dəridən-qabıqdan çıxanlar həmin pulu ətrafındakı dindar qazilərə, qonşularına versinlər. Ən böyük Həcc ziyarəti ilk olaraq qonşunu ziyarət etməkdir”. 

Yeni Müsavat” Media Qrupunun təsisçisi və rəhbəri Rauf Arifoğlunun sözlərinə görə, qazilərimiz və şəhid ailələrimiz hər birimizin öncəliyi olmalıdır:

“Həcc ziyarətindən də daha vacib və daha mühüm olan əməl qazilərimizə və şəhid ailələrinə dəstək verilməsidir. Bildiyim qədər, dövlətimizin və bir sıra fondlarımızın bu istiqamətindəki fəaliyyəti uğurludur. Kənarda qalan, müəyyən problemləri həll olunmamış qazilərimiz də var. Dövlət bu yükün altına girib və öz üzərinə düşəni etməkdədir. Ayrı-ayrı ziyalılar, iş adamları da bu prosesə qoşulublar. Həcc ziyarəti hər bir müsəlman üçün fərzdir, müsəlman olan hər kəs getməlidir. Amma kimin imkanı varsa. Bunun üçün borca girmək, yetim malı yemək, rüşvət almaq olmaz. Yəni Həcc ziyarətinə getmək üçün xərcləyəcəyin pul sənin ailənin, yaxınlarının, çevrənin, yaxud çevrəndəki hər hansı bir insanın hesabınadırsa, qəbul olunmur. Əgər sən vətənə, millətə, dövlətə yardım öhdəliyini yerinə yetirə bilirsənsə, üstəlik yolpulunu da təmin edə bilirsənsə, bu ziyarəti halal saymaq olar. Vaxtilə mən də Həcc ziyarətinə getmişəm. O zaman üçün Həcc ziyarətinə getmək 2000 dollara başa gəlirdi. Həmin vaxt bir jurnalist araşdırması aparmışdım. Məlum oldu ki, o pulun yarısını ziyarəti təşkil edənlər yeyirlər. Uzun illərdir ki, biz bunun şikayətini almaqdayıq

Rauf Arifoğlu hesab edir ki, Həcc ziyarəti ilə bağlı açıqlanan rəqəmlər şişirdilib:

“Həmin pulun yarısını xərcləməklə Həcc ziyarətini həyata keçirmək mümkündür. Mən hesab edirəm ki, Həcc ziyarətinə getmək istəyən hər bir imkanlı azərbaycanlı ya öz kvotasının yerinə, ya da əlavə olaraq bir qazimizi və ya bir şəhid anasını Həcc ziyarətinə aparsın. Məncə, onların da ən böyük arzularından biri budur. Yəni o istiqamət tamamilə silinməli deyil. Bizim İslam dini inancımız var. Oradakı göstərişlərdən biri imkan daxilində, yaşadığın müddətdə Həcc ziyarətini həyata keçirməkdir”. 

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov düşünür ki, bu haqda çox deyilib, çox danışılıb, amma xeyri yoxdur:

“Əgər savab məqsədilə edilirsə, əlbəttə ki, bir qaziyə yardım göstərmək min dəfə Həccə getməkdən daha əfzəldir. Amma aydındır ki, Həccə gedənlər bunu savab üçün etmirlər. Tarixən hacılıq alternativ titul institutu kimi formalaşıb. Pul ilə bəy, xan olmaq mümkün deyildi, amma hacı olmaq mümkün idi. Ona görə də əli gətirib varlananlar Həccə gedirdilər ki, onları kasıblardan fərqləndirən bir titulları olsun. Bu gün də çox şey dəyişməyib. Ümumiyyətlə, Həccə getməyi ibadət hesab etmək düzgün deyil: bu, necə ibadətdir ki, ancaq varlılar icra edə bilir? İbadət üçün iki şərt olmalıdır: iman və istək. Keyfiyyətli ibadət üçün bir də təqva”. Həcc ibadəti üçün isə pul!”

Baş redaktorun fikrincə, ibadət etmək üçün qeyri-rəsmi əmlak senzinin olması heç bir əndazəyə sığmır:

“O, hamının edə biləcəyi bir şey olmalıdır. Ona görə də Həccə getmək artıq çoxdan ibadət olmaqdan çıxıb. Müasir dövrdə bu, alternativ titulla yanaşı, həm də qeyri-rəsmi klub kimi bir şeydir. Cəmiyyətdə bir “həcilər klubu” var və indi ora üzv olmağın qiyməti təxminən 10 min manatdır. İnsanların çoxu o pulu nuvorişlər klubuna üzvlük üçün ödəyirlər. Qazilərə yardım edənlər klubu isə yoxdur axı. İndi bu fikirlərimi oxuyanlardan bəziləri özünə əl qatacaq ki, “jurnalist Həccə gedənləri təhqir etdi”. Təhqir bu deyil; əsl təhqir odur ki, bu gün “hacı” sözünü  əksəriyyət “müğənni saxlayan” kimi başa düşür. Çıxın küçəyə, insanlara belə bir eksperiment təklif edin ki, bir söz deyəcəksiniz, qoy o, ağlında yaranan assosiasiya ilə davam etsin. “Hacı” deyin və xahiş edin ki, ağıllarına ilk gələn assosiasiyanı bildirsinlər. 10 nəfərdən 7-si “müğənni saxlamaq”, 2-si “Şəbnəm Tovuzlu” deyəcək. Bəlkə biri dinə, ibadətə aid nəsə deyər, ya deməz. Sadəcə olaraq biabırçılıqdır. Bəs biz haradasa biabırçılıq görəndə nə etmək istəyirik? Düzdür: İştirak etmək!”

Oxumağa davam et

Sosial

SON DƏQİQƏ: Səlim Müslümov AZADLIĞA BURAXILDI

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov azadlığa buraxılıb.

Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, Səbail Rayon Məhkəməsində Səlim Müslümovun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı elan olunub.

Məhkəmənin qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, Müslümov Səlim Yanvar oğlunun Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verməsinə dair faktlar Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.

Toplanılmış materiallar əsasında başlanılmış cinayət işi üzrə Səlim Müslümovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlüklər əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən tamah niyyəti ilə qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasına, habelə onun tərəfindən tabeçiliyində işləyən vəzifəli şəxslərdən vasitəçi kimi istifadə etməklə müxtəlif rayonlarda əlillər üçün fərdi yaşayış və internat evlərinin tikinti-təmirinin aparılması işlərini yerinə yetirən fiziki və hüquqi şəxslərə ayrılmış pul vəsaitlərinin bir hissəsinin tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edilib.

Həmçinin Səlim Müslümovun nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ölkə ərazisində istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və yenidən qurulması zamanı əməyin mühafizəsi tələblərinə əməl olunması, onların istismara buraxılmasına razılığın verilməsi, əməyin mühafizəsi tələblərinə uyğunluğu ilə bağlı müəssisələrdə aparılmış yoxlamaların nəticələrinə görə müxtəlif vaxtlarda külli miqdarda pul vəsaitləri qismində təkrar rüşvət almasına dair məlumatlar əldə olunub.

Eyni zamanda, Daxili nəzarət şöbəsi tərəfindən ərazi strukturlarında aparılmış yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib.

Oxumağa davam et
Reklam

Gündəm