Şuşaya səfər edənlərin bileti belə olacaq - Publika.az
Bizi izləyin

Sosial

Şuşaya səfər edənlərin bileti belə olacaq - FOTO

Xəbər verdiyimiz kimi, yanvarın 24-dən işğaldan azad edilmiş ərazilərə marşrut avtobusları təşkil olunacaq.

Publika.az xəbər verir ki, artıq səfərə hazırlaşanlar arasında biletini əldə edənlər də var

Bununla bağlı sosial şəbəkələrdə paylaşım edilib.

Məlum olub ki, Bakıdan Şuşaya gedən vətəndaş saat 05:30-da Bakı Beynəlxalq Avtovağzal Kompleksində olmalıdır. Minik vaxtı bu saata təsadüf edir, bir saat sonra isə səyahət başlayır.

Sərnişinlər Şuşaya “Mercedens-Benz Travego” avtobusu ilə yola düşəcək. 

Şuşa istiqamətində relyef nəzərə alınaraq, xüsusi əyləc tipi olan avtobuslar seçilib. İstiqamət kimi isə Şuşanın köhnə avtovağzalı qeyd olunub.

Qeyd edək ki, biletlərin bir tərəf üçün qiyməti Bakı-Şuşa - 10.40 AZN, Bakı-Ağdam  - 9.40 AZN, Əhmədbəyli-Şuşa - 7 AZN, Bərdə-Ağdam- 5 AZN, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa - 6 AZN-dir. (“Qafqazinfo")

Rəylər
Oxumağa davam et
Reklam

Sosial

Səlcuq Bayraktar: Qarabağ qardaşlığımızın zirvəsidir

Tək millət, iki dövlət olaraq qardaşlarımız bir neçə dəfə sınandı və hər dəfə könül bağımız daha da gücləndi. Qarabağ qardaşlığımızın zirvəsidir.  

Publika.az xəbər verir ki, bunu “Baykar” şirkətinin texniki direktoru və “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının İdarə Heyətinin sədri Səlcuq Bayraktar “TEKNOFEST Azərbaycan”ın açılışında deyib. 

Dost dar gündə tanınar deyən Bayraktar bildirib ki, Azərbaycan və Türkiyə pis gündə və yaxşı gündə də birlikdədir və hər zaman olacaq: 

"Bəxtiyar Vahabzadənin dediyi kimi bizlər ət və dırnaq kimi ayrılmaz qardaşıq. Bir ananın iki oğlu Bir amalın iki qolu O da ulu, bu da ulu Azərbaycan -Türkiyə". 

"Teknofest uşaqların və gənclərin xəyallarımın önündən məhdudiyyət olmamaması üçün həyata keçiririk. Türk qırıcıları əzmi ilə nələr edəcəyini bütün dünyaya nümayiş etdirəcək. Şuşaya, can Azərbaycanın hər bir yerinə salamlarımı çatdırıram" - deyə Səlcuq Bayraktar qeyd edib.

Oxumağa davam et

Sosial

Hərbçilərimiz növbəti tapşırıqları icra etdi - FOTO - VİDEO

Türkiyənin İzmir şəhərində keçirilən “Efes-2022” çoxmillətli təliminin növbəti mərhələsi üzrə tapşırıqlar icra edilib.

Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimin növbəti günündə senariyə uyğun olaraq sahil xəttinin sualtı minalardan təmizlənməsi, şərti düşmən arxasına havadan sızma, onun sahildə yerləşən hərbi obyektinə basqın və aşkar olunan terrorçuların zərərsizləşdirilməsi tapşırıqları iştirakçılar tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.

Qeyd edək ki, ölkəmizi beynəlxalq təlimdə Əlahiddə Ümumqoşun Ordunun və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları təmsil edir.


Oxumağa davam et

Sosial

Dəmir Yollarına rəhbərlik ona həvalə edildi

Azərbaycan Dövlət Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinə müvəqqəti rəhbərlik edəcək şəxs müəyyənləşib.

Publika.az Gununsesi.info-ya istinadla xəbər verir ki, bu, Azərbaycan Dövlət Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hicran Valehovdur.

Qeyd edək ki, ADY-nin rəhbəri Cavid Qurbanov Rəqəmsal İnkişaf və nəqliyyat nazirinin müavini təyin olunduğundan bu vəzifə boş qalıb.

Oxumağa davam et
Reklam

Gündəm