SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - Publika.az
Bizi izləyin

Sosial

SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 1614 yeni yoluxma faktı qeydə alınıb, 610 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Publika.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 16 nəfər COVID-19-dan dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 632 034 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 611 766 nəfər müalicə olunaraq sağalıb, 8597 nəfər vəfat edib. 11 671 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 846, bu günə qədər isə ümumilikdə 6 056 428 test icra olunub.

Rəylər
Oxumağa davam et
Reklam

Sosial

Sabahın hava proqnozu açıqlandı

Bakıda və Abşeron yarımadasında mayın 27-də hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 13-15° isti, gündüz 19-24° isti olacaq. Bakıda gecə 13-15° isti, gündüz 22-24° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 22-27° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.

Oxumağa davam et

Sosial

İcra başçısından AÇIQLAMA: Bir faiz görüləsi iş qalıb, o da...

İkinci Qarabağ savaşı zamanı ən çox ziyan görmüş rayonlardan biri, bəlkə də ən birincisi Tərtərdir.  44 gün davam edən müharibə zamanı elə gün olmurdu ki, Tərtərin ərazisinə mərmi düşməsin. 

Müharibənin vurduğu zərərin miqyası çox böyükdür. Ümumilikdə 3548 fərdi ev, çoxmərtəbəli binalarda 1735 mənzil, 163 sahibkarlıq obyekti, 47 sosial obyekt, 28 inzibati bina, 103 maşın-mexanizm, 2 qazanxana düşmən mərmilərinin əsas hədəfinə çevrilib. Eyni zamanda 44 gün ərzində Tərtərdəki çoxmərtəbəli binalara çox sayda mərmi atılıb, 900-dən çox mənzilə ziyan dəyib.

Bəs müharibənin başa çatdığı il yarım ərzində Tərtərdə hansı yenidənqurma və bərpa işləri görülüb? Zərərçəkənlərə kompensasiya ödənilibmi? 

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Publika.az-a açıqlamasında bildirdi ki, 44 günlük Vətən müharibəsi dövründə bu rayona 16 277 mərmi atılıb.

Müstəqim Məmmədovun sözlərinə görə, onlardan 21-i qadağan edilmiş raketlər olub:

“44 günlük Vətən müharibəsi başa çatandan sonra dağıdılan obyektlər arasında dövlət tərəfindən sığortası olunanların hamısına kompensasiyalar ödənilib. Dövlət əmlaklarına dəyən ziyan da qarşılanıb. Vətəndaşların evlərinə dəyən ziyanın aradan qaldırılması ilə bağlı bütün işlər görülüb. Prezidentin sərəncamı ilə yaradılan komissiya tərəfindən 7050 adda akt bağlanılıb. Komissiya üzvləri gəldilər, yerində iş apardılar. Vətəndaşlara dəyən ziyan da aradan qaldırılıb. Ümumilikdə bu istiqamətdə işlər hardasa 99 faiz icra olunub. Cəmi bir faiz görüləsi iş qalıb, o da yaxın vaxtlarda yekunlaşacaq. Qalan işlər 70-ə yaxın evi, sosial obyekti əhatə edir”. 

İcra başçısı vurğuladı ki, onlar da Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aradan qaldırılır:

“Bütün funksiyaları icra hakimiyyəti yox, onlar yerinə yetirirdilər. Yəni ziyan dəymiş evlər insanların istifadəsinə veriləcək. Düşmənin atdığı raket nəticəsində yanan pambıq zavodu da təmir olunub. Müharibə dövründə ermənilərin  atdığı raketlər nəticəsində dağıdılan qəbiristanlıqlar da bərpa edilib. Düşmənin atdığı raketlər nəticəsində Tərtər rayonuna vurulmuş ziyanın aradan qaldırılması ilə bağlı nə qədər vəsaitin xərcləndiyini isə biz bilmirik. Çünki həmin işləri ölkə Prezidentinin sərəncamı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi görüb”. 

Oxumağa davam et

Sosial

Səlcuq Bayraktar: Bu, qardaşlığımızın zirvəsidir

Tək millət, iki dövlət olaraq qardaşlarımız bir neçə dəfə sınandı və hər dəfə könül bağımız daha da gücləndi. Qarabağ qardaşlığımızın zirvəsidir.  

Publika.az xəbər verir ki, bunu “Baykar” şirkətinin texniki direktoru və “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının İdarə Heyətinin sədri Səlcuq Bayraktar “TEKNOFEST Azərbaycan”ın açılışında deyib. 

Dost dar gündə tanınar deyən Bayraktar bildirib ki, Azərbaycan və Türkiyə pis gündə və yaxşı gündə də birlikdədir və hər zaman olacaq: 

"Bəxtiyar Vahabzadənin dediyi kimi, bizlər ət və dırnaq kimi ayrılmaz qardaşıq. Bir ananın iki oğlu Bir amalın iki qolu O da ulu, bu da ulu Azərbaycan -Türkiyə". 

"Teknofest uşaqların və gənclərin xəyallarımın önündən məhdudiyyət olmamaması üçün həyata keçiririk. Türk qırıcıları əzmi ilə nələr edəcəyini bütün dünyaya nümayiş etdirəcək. Şuşaya, can Azərbaycanın hər bir yerinə salamlarımı çatdırıram", - deyə Səlcuq Bayraktar qeyd edib.

Oxumağa davam et
Reklam

Gündəm