Vahid Mustafayevin müzakirələri bitməyən “Qanlı Yanvar” filmi - Publika.az
Bizi izləyin

Sosial

Vahid Mustafayevin müzakirələri bitməyən “Qanlı Yanvar” filmi

2015-ci ildə - Qanlı Yanvar hadisələrinin 25-ci ildönümündə rejissor Vahid Mustafayevin çəkdiyi “Qanlı Yanvar” filmi dünyada beş “A” kateqoriyalı festivalda iştirak etdi və keçmiş sovet respublikalarının SSRİ adlı imperiyaya qarşı və müstəqillik uğrunda mübarizəsinin bariz nümunəsinə çevrildi. Lakin bu filmin xarici ölkələrdə millətlərin müstəqillik uğrunda mübarizəsi kimi qarşılanmasına baxmayaraq, keçmiş sovet respublikalarının özündə SSRİ-nin millətlərə qarşı əsarət və köləlik siyasətinin bu cür açıq-aşkar təqdimatına, əsasən keçmiş kommunistlər hazır olmadılar. Bu gün sözü gedən film qırğız, özbək, türk, rus, fars, ingilis və son hadisələridən sonra qazax və Ukrayna dillərinə də dublyaj olunur. Filmin ilk nümayişindən 7 il keçməsinə baxmayaraq, “Qanlı Yanvar” bədii filmi ətrafında ajiotaj səngimir. Belə ki, bəzi iddialara görə, Azərbaycan xalqı həmin hadisələrdə əliyalın olub, filmdə isə onları silahlı, mübariz, döyüşkən kimi göstəriblər.

Publika.az xəbər verir ki, bu mövzu ilə əlaqədar “Qafqazinfo” filmin rejissoru Vahid Mustafayevdən müsahibə alıb.

- Vahid müəllim, bu film yayıma çıxandan (2015-ci il) ətrafında ajiotaj yaranıb. Niyə? 

- Hər şeydən əvvəl bu film sovet imperiyasının öz respublikalarına qarşı olan münasibəti, SSRİ-də propoqanda nöqteyi-nəzərindən çəkilmiş filmlərdə və yaxud təbliğat-təşviqat broşurlarındakı kimi yox, tam açıq şəkildə, demək olar ki, tamaşaçıların vərdiş etmədiyi bir tərzdə çəkilib. İş orasındadır ki, bizim ailəmizdən babam, əmim 1930-cu illərin sonunda repressiyaya məruz qalmışdılar və məhz əmimin öz silahdaşları ilə müstəqil Azərbaycan yaratmaq arzusunun nəticəsi olaraq, onların cəmiyyəti ləğv edilmiş, 19-25 yaşlı Azərbaycanlı gənclər repressiya olunmuşdu. Yəni o vaxtdan bizim ailəmiz sovet əsarət maşınını və xalqların üzərində quldarlıq siyasətini öz üzərində hiss etmiş və yaxından tanımışdı. Kommunistlərin lideri Stalin “Leninizm əsasları” adlı işində yazırdı ki, “Dövlət sinfi düşmənlərinin müqavimətini əzmək üçün hakim sinfin əlində maşındır.” Və SSRİ kimi yaranan bu “maşın” Rusiya İmperiyasını təşkil edən millətləri müxtəlif vaxtlarda yeni kommunist imperiyası bayrağı altında birləşdirdirərək hakim sinfə qarşı düşmən etdi! Uzun çəkməyən zamandan – 72 il sonra, respublikalar Sovet İttifaqının mahiyyətini anlayandan sonra, milyonlarla insan taleləri, millətlərin elitası, ziyalılar qırılandan, milli təbii resurslar talan olunandan sonra Sovet İttifaqını təşkil edən millətlər bu soyqırıma son qoydu. Müstəqillik uğrunda döyüşlər başladı.

Sözsüz ki, istiqlaliyyət ənənələrinə arxalanan və hələ 1918-ci ildə Şərqdə ilk Demokratik Respublika yaradan Azərbaycan müstəqilliyi haqqında bəyanat verən ilk ölkə oldu. Və sözsüz ki, Sovet əsarət maşını digər xalqlara dərs keçmək üçün Azərbaycan üzərində cəzalandırma əməliyyatı keçirmək qərarına gəlir. 1990-cı ilin 20 yanvarı müstəqillik uğrunda döyüşən Azərbaycanı diz çökdürmək fikrinə gəldi. Lakin Azərbaycan uzaq keçmişdən, Nizaminin poeziyasından bu vaxta qədər milləti yaşadan müstəqillik nəfəsini hansısa tanklarla kəsə bilməzdi. Hələ SSRİ zamanında da Azərbaycan gəncləri müstəqillik uğrunda mübarizə aparıblar. Bura repressiya və ölümdən qorxmayan Çingiz əmimin 30-cu illərdəki cəmiyyəti, 40-cı illərdə “İldırım” təşkilatı, 50-ci illərdə Qız qalasının başında Məhəmməd Əmin Rəsulzadənin bayrağını qaldıran gəncləri və Azərbaycanı Müstəqil görmək istəyən və İstiqlaliyyətimiz uğrunda vuruşan yüzlərlə digər azərbaycanlının adını çəkmək olar... 1990-cı ildə də Azərbaycana tanklarla gələn Sovet qoşunları Azərbaycanın Müstəqillik aşiqləri, cəsur ürəklər ciddi müqavimətlə qarşılaşdı. Unutmaq lazım deyil ki, bu konstitusiyaya görə Müstəqil Azərbaycan Respublikasına silahlı təcavüz idi. İşğalçı ordu bizim sərhədlərimizə yox, doğma torpağımıza, Bakıya qədər soxulmuşdu. Və sözsüz ki mərd Azərbaycan Xalqı mübarizəyə qalxmışdı, savaşmışdı və nəticə olaraq biz bu gün müstəqil ölkədə yaşayırıq. 

Fürsətdən istifadə edərək bütün Azərbaycan Şəhidlərinə dərin hüznlə başsağlığı verirəm. Allah onlara rəhmət eləsin! Onların şücaəti yerdə qalmayıb, onların qəhrəmanlığını və ibrət dərslərini Şuşanı yalın əlləri ilə alan gənclərimiz unutmayıb və məhz onların zəfərli yolu ilə davam edərək Qarabağın işğal olunmuş torpaqlarını azad edib və sübut edib ki, biz torpaqlarımız uğrunda ölənə qədər vuruşacağıq. 

- Bu il əsasən sosial şəbələrdə müzakirə onun ətrafında getdi ki, xalqımız döyüşməyib, düşmən qarşısına əli yalın çıxıb və həmin gecə (19-20 yanvar 1990-cı il) bizim milləti qıran sovet ordusundan bir nəfərin də ”burnu qanamayıb”. 

- Bu ifadələri kim işlədir bilmirəm, yəqin bu hadisələrdə iştirak etməyən adamlardır. Mən bu hadisələrin iştirakçısı olmuşam və Azərbaycan xalqının şücaətini, müstəqillik uğrunda vuruşma əzmini və bu hadisələrdə əzilərək Siyavuş təkin ayağa qalxaraq qələbə çalmağını görmüşəm. Lakin razıyam ki, bu Azərbaycan tarixində taleyüklü hadisə haqqında cəmiyyət çox az maarifləndirilib. Bədii, sənədli filmlərin, ədəbi-bədii əsərlərin, pyeslərin, teatr tamaşalarının, mahnıların və s. sayı lazımi qədər deyil və bu səbəbdən cəmiyyətdə hələ də keçmiş kommunist və ya düşmən mövqeli xof və propaqanda özünə yer tapa bilir. Dediyiniz kimi düşünən adamlara xatırlatmaq istəyirəm ki, Azərbaycan, Rus, İngilis və digər əcnəbi dilli vikipediyalarda, ümumiyyətlə Qanlı Yanvar haqqında mənbələrin hamısında həmin gecə 29-35 məhv edilmiş Sovet əsgəri haqqında məlumatlar var. Bu Sovet əsgərləri güllə ilə vurulub, “Molotov” kokteylləri ilə şam kimi yandırılıb və kəsici silahlarla öldürülmüşlər. Mənim filmim bədii filmdir və Azərbaycanın, rəngindən və ölçüsündən fərqli olmayaraq hər bir işğalçıya qarşı cavab hərəkətlərinin təzahürüdür. Bunu müzakirə mövzusuna çevirənləri anlamıram. Bu diskussiya nə ətrafında gedir? Onlar azərbaycanlıları nə kimi görmək istəyir və ya görürlər? Bizə atəş açacaqlar və biz üzlərinə baxacağıq? Qadınlarımızı, qocalarımızı tapdalayacaqlar və biz dayanıb baxacağıq? Xeyr, Azərbaycan tarixində heç vaxt belə olmayıb və heç vaxt belə olmayacaq! Hər biri azğınlamış işğalçı cəzasını alıb və bundan sonra da alacaq! Necə ki, 44 günlük müharibədə aldılar! 

Deyirsiniz “Azərbaycanlılar əliyalın olub və heç vaxt birinci gülləni atmayıb”. Kimə? İşğalçıya? Azərbaycanın bəbəyində? Bu sərhəd münaqişəsi olmayıb. Hadisə paytaxtda baş verib. İşğalçı evimizə soxulub, nə etməliyik? Süfrə açmalıyıq? Yox, biz atəş açmalıyıq! Birinci atəş açmalıyıq! Yenə də qeyd edirəm, sərhəddən getmir söhbət, paytaxtdan gedir. Mənə maraqlıdır kim istəyir ki, azərbaycanlılar bu gün məyus və qorxaq görünsün? Bu kimə maraqlıdır? Bizim ədəbiyyatımız, incəsənətimiz, yaxud mediamız gələcək nəsillərə hansı mesajlar ötürməli və Vətənpərvər azərbaycanlı obrazını necə tədris və təbliğ etməlidir? Ümumiyyətlə, bu sahədə rejissora, yazıçıya olan ictimai sifariş nədən ibarət olmalıdır? Xalqı məzlum və tapdaq altda qalan göstərmək? Yoxsa zəfər dadını bilən, vətənini sevən, şəhidlərin qanını unutmayan və torpağının hər qarışına görə hər an qan tökməyə hazır olan? Bu sualları mən bu gün verirəmsə, demək, yuxarıda dediyim kimi, ideoloji iş respublikada zəifləyib və bu sahədə ölkənin mədəni-maarif sektorunda görüləsi işimiz hələ çoxdur.
Yuxarıda dediklərimi anlamayanlar üçün “Qanlı Yanvar” filmimdə mən eyni zamanda Azərbaycan Respublikasının rəmzi olan himndən bir parça gətirmişəm:

“Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!”.

Xahiş edirəm, heç kim unutmasın: Can verməyə və Qan tökməyə cümlə qadiriz!!!

- Bir rejissor kimi deyilənlər sizə necə təsir edir? Yəni yaradıcılığınızda bu özünü necə göstərir və ya göstərəcək?

- Rəhmətlik müəllimim və əziz dostum Eldar Quliyev “Bir Cənub Şəhərdə” filmini çəkəndə böyük çətinliklərlə rastlaşmışdı, filmi qadağan olunmuşdu və hətta ona qarşı iş qaldırılmışdı. Ümumiyyətlə rejissor, yaxud hər hansı bir əsərin yaradıcısı bu yaradıcılığını gələcəyə istiqamətləndirməli və bir ideya və ya mesaj şəklində cəmiyyətə təqdim etməlidir. Bu sözsüz ki, böyük bir işin, araşdırmaların, tarixi məlumatların və sənədlərin toplanması və son nəticədə bədiiləşdirilmiş obrazın yaranması ilə yekunlaşmalıdır. Lakin əksər hallarda cəmiyyətin balaca da olsa, hissəsi bu mesajları qəbul etməyə hazır olmur və sözsüz ki, onun üçün bəzi məsələlər müəmmallı qalır və hətta aqressiya yaradır. Bu adamlar harda olmasından asılı olmayaraq, sosial şəbəkələrdə, müxtəlif yönülü və çəkili yığıncaqlarda, tədbirlərdə, kitab, mey, çay və digər xanalarda  öz mövqelərini, öz fikirlərini səsləndirirlər. Bu çıxışlarda təhqir elementləri olmasa, buna haqları da var. Onlar da Azərbaycan xalqıdır, mən onların da müstəqilliyi və azadlığı uğrunda vuruşmuşam. Sadəcə olaraq, yuxarıda qeyd etdiyim kimi mədəni-maarif işi respublikada ən azı ordumuzla bir səviyyəyə qaldırılmalı və getdikcə ondan da yüksəklərə qalxmalıdır. Savad və intellekt ölkəmizdə bütün sahələrdə aparıcı rol oynasa, bir çox suallar səmərəsini itirər və cahillik, əski sovet düşüncələri, mifik “böyük qardaş”dan qorxu sindromu birdəfəlik cəmi ətimizdən irin-qanla çıxar. Unutmayın ki, bədii filmin yaranması bir günün işi deyil. İllərlə ona hazırlıq gedir, aylarla qrup yığılır, aktyorlar, məkanlar seçilir, sonra çəkiliş və montaj, son təhsilat prossesinə aylar sərf olunur. Hər mərhələdə yaradıcı qrupun nümayəndələri öz fikirlərini bildirir. Filmin çəkilişi bir adamın işi deyil, böyük bir savadlı, təhsilli kollektivin əsəridir. Bu prossesdə yoldan keçən adamlar iştirak edə bilməz. Hamısı savadları hesabına öz vətənini sevən insanlardır və onlar istəyir ki, Azərbaycan daha da mükəmməl görsün! Tək öz milləti prizmasından yox, həmçinin digər millətlərə də nümunə olsun.

Xatırlayıram, “Monreal” festivalında “Qanlı Yanvar” filmim nümayişindən sonra yaşlı fransız bir qadın öz həyat yoldaşı ilə mənə yaxınlaşdı və dedi ki, “Mən istəyirəm, Azərbaycana gəlim və sizin müstəqillik uğrunda döyüşən gənclərinizin əllərindən öpüm”.

Hər bir rejissor öz dövranının qabaqcılı olmalıdır. Hazırda Eldar Quliyev dahi rejissor hesab edilir. Lakin “Bir cənub şəhərində” filminə görə onun başı çox ağrımışdı, onu hətta Azərbaycan xalqını təhqir etməkdə günahlandırırdılar... İndiki gündə isə bu film xalqımızın ən sevimli filmlərindən birinə çevrilib. Belə misallar çox gətirmək olar. 

Sözsüz ki, mən rejissor kimi bu hallardan incimirəm. Unutmayın ki, sosial şəbəkələrdə özlərini azərbaycanlı kimi təqdim edənlərin bəziləri ermənidir. Bilirsiniz ki, sosial şəbəkələrdə müxtəlif adlarla hesab yaratmaq çox sadədir. Yatan agent kimi illərlə fəaliyyət göstərən istifadəçilər zamanı gələndə Azərbaycana qarşı destruktiv işlər aparırlar. Düşmənlərimiz az deyil və Azərbaycan inkişaf etdikcə bu say artır. Bunu rejissorlara da şamil etmək olar. Azərbaycan gənclərinin vətən uğrunda vuruşmalarını kim pis qələmə verə bilər  – ancaq düşmən.
2015-ci ildə “Qanlı Yanvar” filmi ərsəyə gələndə ziyalılarımızdan biri mənə dedi ki, bu film azərbaycanlılar haqqında deyil. Sözsüz ki, o adam mənim kimi 20 Yanvar hadisələrində küçələrdə olmamışdı və azərbaycanlı cəsur ürəklərin necə vuruşduğunu görməmişdi. Həmin an mən onu bağışladım. Çünki torpaqlarımızın işğal altında olduğu bir zaman idi və o, bilmirdi ki, Azərbaycan gənci nəyə qadirdir. Lakin bu gün Azərbaycan əsgəri Qarabağdakı işğal altında olan torpaqlarımızı azad edəndən sonra, əliyalın Şuşa kimi qalanı düşmən caynaqlarından alandan sonra azərbaycanlıların şücaəti və Vətən uğrunda qan tökməyə cümlə hazır olmalarına şübhəylə yanaşanları mən şəxsən bağışlaya bilmirəm. 

Rəylər
Oxumağa davam et
Reklam

Sosial

İcra başçısından AÇIQLAMA: Bir faiz görüləsi iş qalıb, o da...

İkinci Qarabağ savaşı zamanı ən çox ziyan görmüş rayonlardan biri, bəlkə də ən birincisi Tərtərdir.  44 gün davam edən müharibə zamanı elə gün olmurdu ki, Tərtərin ərazisinə mərmi düşməsin. 

Müharibənin vurduğu zərərin miqyası çox böyükdür. Ümumilikdə 3548 fərdi ev, çoxmərtəbəli binalarda 1735 mənzil, 163 sahibkarlıq obyekti, 47 sosial obyekt, 28 inzibati bina, 103 maşın-mexanizm, 2 qazanxana düşmən mərmilərinin əsas hədəfinə çevrilib. Eyni zamanda 44 gün ərzində Tərtərdəki çoxmərtəbəli binalara çox sayda mərmi atılıb, 900-dən çox mənzilə ziyan dəyib.

Bəs müharibənin başa çatdığı il yarım ərzində Tərtərdə hansı yenidənqurma və bərpa işləri görülüb? Zərərçəkənlərə kompensasiya ödənilibmi? 

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Publika.az-a açıqlamasında bildirdi ki, 44 günlük Vətən müharibəsi dövründə bu rayona 16 277 mərmi atılıb.

Müstəqim Məmmədovun sözlərinə görə, onlardan 21-i qadağan edilmiş raketlər olub:

“44 günlük Vətən müharibəsi başa çatandan sonra dağıdılan obyektlər arasında dövlət tərəfindən sığortası olunanların hamısına kompensasiyalar ödənilib. Dövlət əmlaklarına dəyən ziyan da qarşılanıb. Vətəndaşların evlərinə dəyən ziyanın aradan qaldırılması ilə bağlı bütün işlər görülüb. Prezidentin sərəncamı ilə yaradılan komissiya tərəfindən 7050 adda akt bağlanılıb. Komissiya üzvləri gəldilər, yerində iş apardılar. Vətəndaşlara dəyən ziyan da aradan qaldırılıb. Ümumilikdə bu istiqamətdə işlər hardasa 99 faiz icra olunub. Cəmi bir faiz görüləsi iş qalıb, o da yaxın vaxtlarda yekunlaşacaq. Qalan işlər 70-ə yaxın evi, sosial obyekti əhatə edir”. 

İcra başçısı vurğuladı ki, onlar da Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aradan qaldırılır:

“Bütün funksiyaları icra hakimiyyəti yox, onlar yerinə yetirirdilər. Yəni ziyan dəymiş evlər insanların istifadəsinə veriləcək. Düşmənin atdığı raket nəticəsində yanan pambıq zavodu da təmir olunub. Müharibə dövründə ermənilərin  atdığı raketlər nəticəsində dağıdılan qəbiristanlıqlar da bərpa edilib. Düşmənin atdığı raketlər nəticəsində Tərtər rayonuna vurulmuş ziyanın aradan qaldırılması ilə bağlı nə qədər vəsaitin xərcləndiyini isə biz bilmirik. Çünki həmin işləri ölkə Prezidentinin sərəncamı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi görüb”. 

Oxumağa davam et

Sosial

Səlcuq Bayraktar: Bu, qardaşlığımızın zirvəsidir

Tək millət, iki dövlət olaraq qardaşlarımız bir neçə dəfə sınandı və hər dəfə könül bağımız daha da gücləndi. Qarabağ qardaşlığımızın zirvəsidir.  

Publika.az xəbər verir ki, bunu “Baykar” şirkətinin texniki direktoru və “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının İdarə Heyətinin sədri Səlcuq Bayraktar “TEKNOFEST Azərbaycan”ın açılışında deyib. 

Dost dar gündə tanınar deyən Bayraktar bildirib ki, Azərbaycan və Türkiyə pis gündə və yaxşı gündə də birlikdədir və hər zaman olacaq: 

"Bəxtiyar Vahabzadənin dediyi kimi, bizlər ət və dırnaq kimi ayrılmaz qardaşıq. Bir ananın iki oğlu Bir amalın iki qolu O da ulu, bu da ulu Azərbaycan -Türkiyə". 

"Teknofest uşaqların və gənclərin xəyallarımın önündən məhdudiyyət olmamaması üçün həyata keçiririk. Türk qırıcıları əzmi ilə nələr edəcəyini bütün dünyaya nümayiş etdirəcək. Şuşaya, can Azərbaycanın hər bir yerinə salamlarımı çatdırıram", - deyə Səlcuq Bayraktar qeyd edib.

Oxumağa davam et

Sosial

Hərbçilərimiz növbəti tapşırıqları icra etdi - FOTO - VİDEO

Türkiyənin İzmir şəhərində keçirilən “Efes-2022” çoxmillətli təliminin növbəti mərhələsi üzrə tapşırıqlar icra edilib.

Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimin növbəti günündə senariyə uyğun olaraq sahil xəttinin sualtı minalardan təmizlənməsi, şərti düşmən arxasına havadan sızma, onun sahildə yerləşən hərbi obyektinə basqın və aşkar olunan terrorçuların zərərsizləşdirilməsi tapşırıqları iştirakçılar tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.

Qeyd edək ki, ölkəmizi beynəlxalq təlimdə Əlahiddə Ümumqoşun Ordunun və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları təmsil edir.


Oxumağa davam et
Reklam

Gündəm