Sosial
Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 26 217 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Publika.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2621, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2791, buster doza üzrə vaksinasiya olunanların sayı isə 20 805 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 791 254, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 212 082, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 727 150, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 852 022 təşkil edir.
Sosial
Dəmir Yollarına rəhbərlik ona həvalə edildi

Azərbaycan Dövlət Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinə müvəqqəti rəhbərlik edəcək şəxs müəyyənləşib.
Publika.az Gununsesi.info-ya istinadla xəbər verir ki, bu, Azərbaycan Dövlət Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hicran Valehovdur.
Qeyd edək ki, ADY-nin rəhbəri Cavid Qurbanov Rəqəmsal İnkişaf və nəqliyyat nazirinin müavini təyin olunduğundan bu vəzifə boş qalıb.
Sosial
Bayraktar: Kanadanın "stop" addımı...

Kanada "Bayraktar" və TB 2 qırıcılarının tədarükünə stop qoyub. Lakin bununla "Bayraktar"ların və insansız pilot aparatlarının istehsalına zərər vura bilmədi.
Publika.az xəbər verir ki, bu fikirləri “Baykar Makina” şirkətinin texniki direktoru Səlcuq Bayraktar “TEKNOFEST Azərbaycan”nın açılış mərasimində çıxışı zamanı deyib.
S.Bayraktar bildirib ki, bununla tam tərsi bizim işimizə daha da sürətli davam etməyimizə şərait yarandı:
"Müdafiə Sənayesi sahəsində Türkiyə bu gün dünya ölkələri arasında ən ön sıralardadır. Bu anlamda müdafiə sənayesi sahəsində insansız idarə edilən aparatlardan tutmuş digər texnikaları qədər çox inkişaf etmişik"
Sosial
“TEKNOFEST Azərbaycan” festivalı başladı - FOTO

Dörd gün davam edəcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı başlayıb.
Publika.az xəbər verir ki, festivala musiqi proqramları ilə start verilib.
Tədbirdə Rəqəmsal İnkişaf və Nəqliyyat naziri cənab Rəşad Nəbiyev, Türkiyənin Texnoloji Takımının İdarə Heyətinin sədri Səlcuk Bayraktar, Türkiyənin Sənaye və Texnoloji naziri Mustafa Varan iştirak edəcəklər.
Gün ərzində festival iştirakçılarına müxtəlif aviaşoular, robot şou, külək tunelində şoular nümayiş olunacaq.
Birinci günün sonunda təşkil edilən konsert proqramında xalq artisti Aygün Kazımova, Nigar Camal, Azad Şabanov və digərləri festival iştirakçıların qarşısında çıxış edəcəklər.
Günün sonunda isə hər kəsi maraqlı lazer şou gözləyir.
Qeyd edək ki, “TEKNOFEST” Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin, eləcə də Səlçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” (T3) Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir və ilk dəfə bu il xaricdə - Azərbaycanda təşkil olunur. Azərbaycanda “TEKNOFEST Azərbaycan”nın təşkilatçılığı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib.
Foto: Ceyhun Rəhimov
- Maqazin26 May 2022 11:50
Lalə Azərtaş onları TOPA TUTDU: Yediyi qaba tüpürənlər...
- Sosial26 May 2022 10:54
Həcc, yoxsa qazi ziyarəti? - Tanınmışlar nə düşünür
- Sosial26 May 2022 09:58
Azərbaycanda evlərin qiyməti kəskin qalxacaq?
- Siyasət26 May 2022 09:55
Səlim Müslümov həbsxanada insult keçirib? - AÇIQLAMA
- Sosial26 May 2022 08:56
ŞAD XƏBƏR: Bu şəxslər Qarabağda işlə təmin oluna bilər - VİDEO
- Maqazin26 May 2022 08:11
Lətafətdən Cavanşir Məmmədova: Sübut edərəm ki... - VİDEO
- Köşə26 May 2022 07:30
Ərin ayağını yumalımı, yumamalımı?
- Dünya26 May 2022 00:45
Bayden Azərbaycana yeni səfirin namizədliyini irəli sürdü - FOTO