AzTV 20 Yanvarla bağlı film hazırladı - Publika.az
Bizi izləyin

Video

AzTV 20 Yanvarla bağlı film hazırladı - VİDEO

Azərbaycan Televiziyası 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar yeni film hazırlayıb.

Publika.az xəbər verir ki, AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, “Doğum günü” adlı film 1990-cı ildə yanvarın 19-dan 20-nə keçən gecə doğulan insanlar barədədir.

Filmdə Qanlı Yanvar hadisələrinin baş verdiyi gecə dünyaya gələn insanların heç vaxt doğum günlərini qeyd etmədiyi, bu günün onların həyatına təsirindən bəhs edilir.

Filmin qəhrəmanlarından biri tanınmış aparıcı Jalə Həsənlidir. Azərbaycan xalqı Vətən müharibəsi zamanı torpaqlarımızın ilk azad olunduğu hissəsi ilə bağlı xəbəri məhz Jalədən eşidib. O, efirdə sevincdən ağlaması ilə dünya mediasının da gündəminə düşmüşdü.

Digər qəhrəman isə ticarət mərkəzlərindən birində işıqçı işləyən Ceyhundur. Şəhidə isə evdar xanım, 3 uşaq anasıdır. Yoldaşı Vətən müharibəsi qazisidir. Sözügedən şəxslərin hər biri həmin gün doğulanlardandır. Filmin süjet xətti 3 fərqli hekayə üzərində qurulub. 

Hər bir hekayədə 20 Yanvarın doğum gününü heç vaxt qeyd etməyən 3 fərqli həmyaşıdın taleyinə təsirinə müxtəlif aspektdən baxılır. “Doğum günü”nün ssenari müəllifi və rejissoru Pərviz Həsənovdur. Filmin layihə rəhbəri Elçin Musaoğlu, operatoru Elxan Rüstəmov, montaj rejissoru Cabir Əlizadə, prodüseri Fatimə Əzimovadır.

Rəylər
Oxumağa davam et
Reklam

Video

Laçından YENİ GÖRÜNTÜLƏR - VİDEO

Sosial şəbəkələrdə işğaldan azad edilən Laçın rayonundan yeni görüntülər paylaşılıb.

Publika.az xəbər verir ki, görüntülərdə Azərbaycan vətəndaşı olan bir nəfər şəhərin küçələrini gəzir.

Həmin görüntüləri təqdim edirik:

Oxumağa davam et

Video

Türk ordusu daş üstə daş qoymadı - VİDEO

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı Metina, Zap və Avaşin-Basyan bölgələrində terrorçu hədəflərə qarşı başlatdığı "Pənçə Kilid" Əməliyyatı dünən gecə saatlarından etibarən davam edir.

Publika.az xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi əməliyyatdan görüntülər paylaşıb.

Qeyd edək ki, seçilmiş hədəflər dəqiq zərbələrlə məhv olunub. Həmçinin "Bordo bərəlilər" və komandolar havadan və yerdən terrorçuların yuvalarına hücum təşkil edib.

Oxumağa davam et

Video

Gürcüstanlı müğənni Qarabağda "Sarı gəlin" mahnısını İFA ETDİ

Xəbər verdiyimiz kimi, Gürcüstan mədəniyyət xadimləri, alimləri, blogerlərindən ibarət nümayəndə heyətilə işğaldan azad olunmuş Qarabağa səfər edib.

Publika.az xəbər verir ki, səfər edənlər arasında Gürcüstanlı müğənni Veriko Turaşvili də var.

Şuşaya səfər edən Veriko Turaşvili "Sarı gəlin" mahnısını oxuyub.

Oxumağa davam et
Reklam

Gündəm